Pandemiya ilə bağlı bütün məsələlər dövlətin ciddi nəzarəti altındadır

 

Azərbaycan hökuməti üçün vətəndaşların sağlamlığı və təhlükəsizliyi prioritetdir

 

Hazırda dünyada COVID-19 virusuna yoluxanların sayı 20 milyon nəfəri ötüb, ölənlərin sayı isə 750 minə yaxınlaşır. Martın 11-dən pandemiya elan edilən yeni tip koronavirus inanılmaz sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının üzvləri isə hələ də bu infeksiyanın qarşısını almağın mümkün olmadığını bildirirlər.

Onlar ölkələri sanitar epidemioloji vəziyyətin ciddi təhlil olunmasından sonra və mərhələli şəkildə yumşalmalara gedilməsinə, əhalini isə qoyulan qaydalara maksimum əməl etməyə çağırır. Hazırda vaksinlə bağlı müəyyən uğurlar əldə edilsə də, onların real tətbiqi yaxın bir neçə ayda gözlənilmir. Bu halda isə COVID-19-dan çıxış yolu mümkün qədər qorunaraq ona yoluxmamaqdır. Sosial məsafə, maskagigiyena şərtləri hazırkı 21-ci əsr insanının təhlükədən sığortası, gələcəyə yol alması üçün həyati vacib şərtə çevrilib.

Mütəxəssislərin də bildirdiyi kimi, yeni tip koronavirus heç bir müalicəyə tabe olmur, fürsət düşən kimi aqressivliyini artıraraq yoluxma arealını sürətlə genişləndirir. Sərt karantin rejimləri sayəsində bu virus müəyyən qədər nəzarət altına alınsa da, yumşalmalarla bərabər yenidən alovlanır. Buna isə əhalinin yumşalmanı COVID-19-un yox olması kimi başa düşərək pandemiyadan əvvəlki həyat şərtlərinə uyğun davranması səbəb olur. Və ölkələr yenidən sərt karantin rejimi tətbiq etməyə, sərhədlərini bağlamağa məcbur olur. Amma bu da reallıqdır ki, problemdən çıxış yolu sərt karantin rejimi deyilbu halın özü belə dünyanı qorxulu nəticələrlə üz-üzə qoya bilər.

Bəli, COVID-19-dan maksimum qorunmaq üçün məhz onun tələb etdiyi şərtlərə uyğun addımlar atmaq, qərarlar qəbul etmək mütləqdir.

 

İnfeksiya ilə effektiv mübarizə aparılır

 

Koronavirusun hələ sərhədlərimizdən çox-çox uzaqlarda olduğu dönəmlərdən etibarən vətənimizdə ona qarşı çevikoperativ tədbirlərə start verildi.

Yanvar ayında Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı. Virusun xaricdən ölkəyə "gəlməsinin” və yayılmasının qarşısını almaq üçün respublikamızın sərhədləri bağlandı.

Martın 3-dən etibarən ölkədə bütün təlim-tədris prosesi dayandırıldı, təhsil müəssisələri bağlandı, kütləvi tədbirlər, idman yarışları təxirə salındı. Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində martın 14-dən sosial izolyasiya qaydaları, aprelin 5-dən isə xüsusi karantin rejimi tətbiq olundu.

Dövlətin bütün potensialı bu infeksiya ilə mübarizəyə yönəldi, mümkün effektiv və zəruri tədbirlər ardıcıllıqla və sistemli şəkildə həyata keçirildi.

Ölkə rəhbərinin birbaşa rəhbərliyi və ciddi nəzarəti altında pandemiyaya qarşı həyata keçirilən məqsədyönlü və operativ tədbirlər çox keçmədən infeksiyanın yayılmasını məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verdi, kütləvi yoluxmanın qarşısını aldı.

 

Ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizəyə uyğunlaşdırıldı

 

Dərhal ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldı. Paytaxtregionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradıldı. Qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən "Yeni Klinikakoronavirus xəstələrinin ixtiyarına verildi. Ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucudezinfeksiya vasitələrinin istehsalı təşkil olundu. Bölgələr də daxil olmaqla, modul tipli xəstəxanaların quraşdırılmasına başlandı. Azərbaycan dövlətinin pandemiyaya qarşı mübarizə istiqamətində atdığı mühüm addımlar sırasında böyük əhəmiyyət daşıyan bu xəstəxanalar koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynadı, eləcə də ölkənin səhiyyə sisteminə əlavə çarpayı ehtiyatı yaratdı.

Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadalarının Azərbaycana gətirilməsi isə həkim çatışmazlığı ilə bağlı problemlərin həllinə istiqamətlənib.

 

Virusun erkən aşkarlanması üçün aparılan testlərin sayı 1 milyona yaxınlaşır

 

Koronavirusa yoluxmanı məhdudlaşdırmaqda virusun erkən aşkarlanması müstəsna rol oynayır. Bu baxımdan da ölkəmizdə vacib işlər həyata keçirilir. Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib. Pandemiya başlayandan qısa müddət ərzində ölkədə laboratoriyaların sayı 5 dəfə artıb. Bütövlükdə isə laboratoriyaların sayının 45-ə çatdırılması nəzərdə tutulub və yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar daha böyük sayda testlərin keçirilməsinə imkan verəcək.

Son statistikaya əsasən, hazırda Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı 8 yüz mini keçib.

Bu isə adambaşına düşən testlərin sayına görə Azərbaycanın dünya miqyasında qabaqcıl yerlərdə qərar tutmasına rəvac verir.

 

Həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır

 

Xüsusilə də ilk gündən ölkəmizdə heç bir sosial layihənin təxirə salınmaması, insanların rahatlığının təmin edilməsi, sosial rifahlarının yaxşılaşdırılması istiqamətində bir-birindən əhəmiyyətli addımların atılması pandemiyanın təsirlərini xeyli azaldıb. Çətinliklərə baxmayaraq, Azərbaycanda nəinki hansısa sosial layihə ixtisar olunub, əksinə, sosial təminat istiqamətində tədbirlərin sayı artıb.

Prezident İlham Əliyev nitqlərində vurğulayır ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və operativ qabaqlayıcı tədbirlərin, o cümlədən xüsusi karantin rejiminin və sərtləşdirilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində koronavirusla mübarizə sahəsində yenidən müsbət dinamika əldə etmişik. Hazırda COVID-19 infeksiyasına yoluxma sayı ikirəqəmli həddə düşüb. Sağalanların sayı yoluxmanı kəskin üstələyib, ölüm halları isə xeyli azalıb.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.- 15 avqust.- S.4.