Azərbaycanda uğurlu sosial siyasət yürüdülür
İlham Əliyev: "Siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır”
Dünyanın hər yerində ciddi fəsadlara yol açan koronavirus infeksiyası tək insanların sağlamlığı üçün təhlükə yaratmadı. İndiyə kimi bütün planeti əhatə etməklə 20 milyona yaxın insanın yoluxmasına, 700 mindən artıq insanın ölümünə səbəb olan xəstəlik həm də hər yerdə iqtisadiyyata zərbə vurub, sosial rifahın aşağı düşməsinə səbəb olub.
5 milyona yaxın vətəndaşı
əhatə edən sosial dəstək tədbirləri
Virus Azərbaycandan
da yan ötmədi. Lakin xəstəliyin
ilk qeydə alındığı
fevral ayının sonunda həyata keçirilən qabaqlayıcı
tədbirlər sonrakı
dövrdə mümkün
ciddi təhlükələrin
qarşısını aldı.
Xüsusən həmin vaxt
Avropa ölkələrində
yaşanan faciələr
Azərbaycanda baş vermədi. Həmin vaxt ölkəmizdə
həyata keçirilən
qabaqlayıcı tədbirlər
beynəlxalq səviyyədə
də təqdir edildi, Azərbaycan bütün dünyaya nümunə olaraq göstərildi.
Təbii ki, pandemiya səbəbindən
Azərbaycanda da iqtisadi fəallıq əvvəlki aylara nisbətən azaldı ki, bunun da
sosial sferaya təsiri qaçılmaz idi. Bu reallığı
ilk gündən düzgün
dəyərləndirən Prezident
İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən
biri əhalinin sosial rifahının qorunması idi. Təsadüfi deyil ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli
Sərəncamının icrası
ilə bağlı təsdiqlənmiş Tədbirlər
Planında məşğulluğa
və sosial rifaha dəstək məqsədilə 4 istiqamət
üzrə 12 tədbir
əksini tapdı. Aprelin 17-də
isə Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri
ilə bu məqsədlər üçün
600 milyon manat vəsait ayrıldı.
Ötən dövrdə
sosial məsələlərlə
bağlı görülən
tədbirlərə nəzər
salaq:
- Dövlət sektorunda 910 min işçidən
karantin dövründə
təxminən 80 faizi
işə çıxmasa
da, onların əməkhaqları ödənildi;
- Özəl sektorda pandemiyadan zərər çəkmiş
sahələrdə işləyən
600 min nəfərə dövlət
dəstəyinin göstərilməsi
tapşırığı verildi və artıq 320 min şəxs
bu dəstəkdən
yararlanıb;
- 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə
ödənişlərin davamlılığı
təmin edildi;
- Aprel-may aylarında 600 minədək,
iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə
proqramı icra edildi;
- Məşğulluq
imkanlarının artırılması
üçün ödənişli
ictimai iş yerlərinin sayı 90 minə çatdırıldı,
artıq 65 min insan əmək müqaviləsi
ilə bu işlərə cəlb olunub;
- Özünüməşğulluq
proqramı çərçivəsində
minimum 12 min ailədə (50 min ailə üzvü) kiçik təsərrüfatların
qurulması işləri
aparılır;
- 85 min ailənin
350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur;
- 100 minədək
aztəminatlı ailə
(400 min ailə üzvü)
ərzaq yardımı
ilə təmin edildi;
- 20 minədək
şəxsin işsizlikdən
sığorta ödənişi
ilə əhatə olunması işləri aparılır.
Ümumilikdə, Tədbirlər
Planı üzrə ayrılan vəsait təqribən 3,5 milyard manatdır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən
5 milyona yaxın vətəndaşı əhatə
edir. Onu da qeyd edək ki, sərt
karantin rejimi tətbiq edilən 13 şəhər və rayonda işsiz vətəndaşlara avqust
ayında da 190 manat müavinət ödəniləcək. Avqustun
6-da ölkəmizdə koronavirus
pandemiyası ilə mübarizə sahəsində
görülən tədbirlər
və sosial-iqtisadi vəziyyətlə bağlı
videoformatda keçirilən
müşavirədə Prezident
İlham Əliyev bununla bağlı göstəriş verdi. "Bu, bizim niyyətimizi, siyasətimizi göstərir.
Onu göstərir ki, siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı
dayanır. Bütün bunlar
reallıqdır və
bu reallığı
biz özümüz yaradırıq,
heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki,
bu gün dünya ölkələrinin
mütləq əksəriyyəti
maliyyə yardımı
üçün müraciət
edib. Biz öz gücümüzə
arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı
və düşünülmüş
siyasət nəticəsində
əldə etmişik”
- deyə Prezident İlham Əliyev müşavirədə qeyd
etdi.
Heç bir proqram dayandırılmır
Sosial məsələlərin respublikamızda
dövlət siyasətinin
prioritetlərindən biri
olması təcrübədə
özünü göstərən
reallıqdır. Əgər respublikamızın sosial inkişaf dinamikasına nəzər
salsaq, davamlı şəkildə cəmiyyətin
bütün üzvlərinin
rifahının yüksəldilməsi
yönündə mühüm
qərarların qəbul
olunduğunu, əsaslı
tədbirlərin həyata
keçirildiyini görərik.
Xüsusilə qeyd edilməlidir ki, ardıcıl şəkildə pensiyaların
və əməkhaqlarının
artırılması, o cümlədən
aztəminatlı ailələrin
sosial müdafiəsinə
ayrıca diqqət yetirilməsi respublikada reallaşdırılan sosial
siyasət kursunun mühüm tərəfini
təşkil edir. Bütün bunların
nəticəsi olaraq yoxsulluq səviyyəsi dəfələrlə azalıb,
əhalinin məşğulluğunun
təmin edilməsi istiqamətində mühüm
nəticələr əldə
olunub.
Azərbaycan reallığında başqa
bir həqiqət ondan ibarətdir ki, iqtisadiyyatda baş verən çətinliklərə rəğmən,
ölkədə bir dənə də olsun sosial proqram
dayandırılmadı. Buna misal olaraq Prezident
İlham Əliyevin diqqəti, qayğısı
nəticəsində ölkəmizdə
şəhid ailələrinin,
Qarabağ müharibəsi
əlillərinin sosial-məişət
şəraitinin yaxşılaşdırılmasını,
onların mənzillə
və fərdi evlərlə təminatı
proqramının ildən-ilə
genişlənməsini göstərmək
olar. Son olaraq iyulun 21-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı
ilə Bakının Xətai rayonunda şəhid ailələrinə,
müharibə əlillərinə
mənzillərin və
avtomobillərin təqdim
olunması mərasiminin
keçirilməsi bunu
təsdiq edir.
Xatırladaq ki,
2018-ci ildə şəhid
ailələrinə və
müharibə əlillərinə
nəzərdə tutulduğundan
3 dəfə çox
olmaqla 626 mənzil və fərdi ev, 2019-cu ildə
isə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Pandemiya dövrü
olmasına baxmayaraq, bütün sosial proqramlar kimi bu proqram da
genişləndirilir. Belə
ki, dövlət başçısının tapşırığına
əsasən, 2020-ci ildə
şəhid ailələri
və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi
nəzərdə tutulur
ki, onlardan da artıq 554-ü verilib. Ümumilikdə isə, indiyədək şəhid ailələrinə
və müharibə əlillərinə 8142 mənzil
və fərdi ev verilib.
Respublikamızın ərazi bütövlüyü,
müstəqilliyi və
Konstitusiya quruluşunun
müdafiəsi uğrunda
döyüşlərdə əlil olmuş vətəndaşların minik
avtomobilləri ilə
təminatı da diqqətdə saxlanılır. Prezident İlham
Əliyevin xüsusi qayğısı nəticəsində
bu istiqamətdə tədbirlər geniş vüsət alır.
Belə ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə
2018-ci ildə 265 avtomobil,
2019-cu ildə isə
600 avtomobil verilib.
2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə
tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə, indiyədək
müharibə əlilləri
və onlara bərabər tutulanların
6900 minik avtomobili ilə təminatı həyata keçirilib.
Onu da qeyd edək ki, bu ilin
əvvəlindən pensiyaların
indeksasiyası ilə
bağlı dövlət
başçısının qəbul etdiyi qərara uyğun olaraq 1,2 milyon
pensiyaçının pensiyaları
16,6 faiz artırılıb.
Ümumilikdə isə, bu ilin ötən dövründə orta pensiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz
artaraq 300 manata yaxınlaşıb. Hazırda Azərbaycan
minimum pensiyanın məbləğinə
görə alıcılıq
qabiliyyəti üzrə
MDB-də birinci yeri, orta pensiyanın
alıcılıq qabiliyyəti
üzrə isə ikinci yeri tutur.
Azərbayanda sosial siyasət kompleks xarakter daşımaqla vətəndaşların
rifahına xidmət edən hər bir sahəni tam əhatə edir. Ən mühümü
isə odur ki, bu siyasətin
davamlılığı ekstremal
şəraitlərdə belə
uğurla təmin edilir. Pandemiya dövründə görülən işlər
bunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2020.- 16 avqust.-
S.1-2.