Tədqiqatçılar ədibin irsi haqqında

 

* "Ə.Haqverdiyevin nəsr dili bu dövr realist nəsrimiz üçün çox səciyyəvidir. Bu dildə sünilik, ibarəçilik, zahiri bəzək, əcnəbi təsir, demək olar ki, yoxdur. Canlı danışıq dilimizi, onun gözəl xüsusiyyətlərini, zəngin əlvan söz ehtiyatını, xalq məsəllərini, hakimanə sözlərini bu qədər cəsarətlə yazıya, bədii ədəbiyyata gətirən iki ədibimiz varsa, biri Haqverdiyevdir. Ona görə də ədibin dili əlvan, söyləmə üsulu şirin, ədası xoş, təsvirləri səlisdir... Yeknəsəklik, yoruculuq Haqverdiyevin hekayələrinə yaddır. Onun ifadə, nağıl, söyləmə üsulu müxtəlif və əlvandır... Xalq danışıq dilinin zənginliklərini, canlı, şirin söz və ifadələri cürətlə yazıya gətirir. Əbdürrəhim bəyi, müəyyən mənada, yeriyən Azərbaycan adlandırmaq olar”.

 

Mir Cəlal

 

* "...Haqverdiyevin dramaturji yaradıcılığı tarixində birinci dövr istiqamətverici mənaya malik olmaqla bərabər "Dağılan tifaq”, "Bəxtsiz cavan”, "Pəri cadu”, "Ağa Məhəmməd şah Qacarkimi əsərlərinin beşiyidir”.

 

Əli Sultanlı

 

* "Ə.Haqverdiyev istedadlı aktyorrejissor kadrları yetişdirmək sahəsində səmərəli fəaliyyət göstərmiş, Azərbaycan aktyorlarının böyük bir dəstəsinin yaxın məsləhətçisi və hamisi olmuşdur. H.Ərəblinski, C.Zeynalov, H.Sarabski, A.M.Şərifzadə, S.Ruhullabir çox başqa aktyorların yetişməsi və onların səhnə ulduzları kimi parlamasında Ə.Haqverdiyevin bir rejissorteatr təşkilatçısı kimi xidmətləri böyükdür. O, çox vaxt pərakəndə halda, ayrı-ayrılıqda fəaliyyət göstərən aktyor qüvvələrini bir yerə toplamağa, onları vahid bir truppada birləşdirməyə çalışırdı. 1901-ci ildə Bakıda həvəskar və qismən peşəkar aktyorlardan ibarət bir dram dəstəsi təşkil etmiş, az sonra məşhur artist C.Zeynalovla birlikdə teatr cəmiyyəti düzəltməyə səy göstərmişdir”.

 

Məmməd Məmmədov,

ədəbiyyatşünas-alim

 

* "Ə.Haqverdiyev hekayə yazmağa başlarkən yetkin bir dramaturq idi. Bu cəhət onun nəsr sahəsindəki fəaliyyətinə də təsir etməyə bilməzdi. Bu, hər şeydən əvvəl, ədibin hekayələrindəki tiplərin canlı, təbii nitqlərində özünü göstərir. Ədibin hekayələrindəki dialoqlarda artıq söz, əlaqəsiz ifadələr yox dərəcəsindədir... Onun yaratdığı dialoqlar hekayənin təsir gücünü artırır. İki nəfərin söhbəti onların daxili aləmini açır...”.

 

K.Məmmədov,

professor

 

* "Yüksək mədəniyyət və istedad sahibi yazıçı Haqverdiyev teatrın böyük dostu idi. O, teatrı gözəl bilirdi. Teatr bütün sənət məsələləri haqqında ondan ətraflı məlumat alırdı; onun pyesləri həmişə müvəffəqiyyətlə oynanırdı. O, teatrı sevirdi, teatrda vicdanla işləyirdi; onunla müsahibələr uzun zaman yaddan çıxmırdı. O, dil, söz uğrunda, onun dürüstlüyü uğrunda möhkəm mübarizə aparır və bayağı heç bir şeyə yol vermirdi. O, teatrın, tam mənası ilə, bir əsgəri idi və həmişə realist sənət bayrağını yüksək tuturdu”.

 

Aleksandr Tuqanov,

teatr xadimi

 

Azərbaycan.- 2020.- 16 avqust.- S.5.

 

l"Köhnə dudmanbədii keyfiyyətlərinə görə 1920-ci illərdə yazılmış ən yaxşı dramlardan biridir. Əsərin süjeti zəngin, kompozisiyası bitkindir. Surətlərin fərdi xüsusiyyətləri sənətkarlıqla göstərilir. Xarakterlər bütövdolğundur. Dramın dili sadə və aydındır. Personajların danışığı təbii olub onların daxili aləmini, ictimai psixologiyasını əks etdirir. Bu məziyyətlərinə görə "Köhnə dudman” XX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatında dram janrının ən yaxşı örnəklərindən sayılır. Təhsin Mütəllimov bu əsəri sovet dövrü Azərbaycan dramaturgiyasında "ən qüvvətli və monumental pyeshesab edir”.

 

 

Zaman Əsgərli,

 

professor