F.M.Quliyevin Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsi sədrinin müavini
vəzifəsindən azad edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 avqust 2020-ci il
Azərbaycan.- 2020.- 18 avqust.- S.2.