Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin hərbi qulluqçularına fəxri adların
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və
yüksək peşəkarlığına
görə aşağıdakı
hərbi qulluqçulara
Azərbaycan Respublikasının
fəxri adları verilsin:
"Əməkdar həkim”
Hacıyeva Tünzalə Əşir qızı - tibb xidməti polkovnik-leytenantı
"Əməkdar tibb işçisi”
Ələkbərzadə Rəna Kamil qızı - baş gizir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 avqust 2020-ci il
Azərbaycan.- 2020.- 18 avqust.-
S.2.