“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin
fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi
tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, kənd təsərrüfatı
məhsulları istehsalçılarının
kənd təsərrüfatı
istehsal vasitələri
ilə təminatının
gücləndirilməsi, ölkədə
aqrotexniki xidmətlər
göstərilməsi ilə
bağlı işlərin
səmərəsinin artırılması
və sistemliliyinin təmin edilməsi məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyindəki "Aqrolizinq”
Açıq Səhmdar
Cəmiyyətinin adı
dəyişdirilərək "Aqroservis” Açıq Səhmdar Cəmiyyəti
(bundan sonra - Cəmiyyət) adlandırılsın.
2. Müəyyən
edilsin ki:
2.1. Cəmiyyət
kənd təsərrüfatı
məhsulları istehsalçılarının,
lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı
istehsal vasitələri
(kənd təsərrüfatı
texnikası, texnoloji avadanlıq, o cümlədən
suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi
maddələr, bitki mühafizəsi vasitələri,
sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və
bu sahədə fəaliyyətin təşkilini
həyata keçirən
kommersiya hüquqi şəxsidir;
2.2. "Aqrolizinq”
Açıq Səhmdar
Cəmiyyətinin kənd
təsərrüfatı texnikasının,
texnoloji avadanlığın,
suvarma sistemləri dəsti və avadanlığının, damazlıq
heyvanların kənd təsərrüfatı istehsalçılarına
lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri
üzrə hüquq və öhdəlikləri
Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi yanında Aqrar Kredit və
İnkişaf Agentliyinə
(bundan sonra Agentlik) keçir.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
3.1. bu
Fərmanın 2.2-ci bəndində
nəzərdə tutulan
hüquq və öhdəliklərin (lizinq
alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri
üzrə borcların
məbləği müəyyənləşdirilməklə)
altı ay müddətində
Agentliyə ötürülməsi
üçün tədbirlər
görsün;
3.2. "Aqrolizinq”
Açıq Səhmdar
Cəmiyyətində kənar
auditorun və aidiyyəti dövlət orqanlarının (qurumlarının)
apardığı yoxlamaların
nəticələri nəzərə
alınmaqla, mövcud
qalıq portfelinin bu Fərmanın 2.2-ci bəndində nəzərdə
tutulan hüquq və öhdəliklərinin
ötürülməsi zamanı
Agentliyin hesabında nəzərə alınmasını
təmin etsin;
3.3. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
4. Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi:
4.1. Cəmiyyətin
yeni nizamnaməsini üç ay müddətində
təsdiq etsin;
4.2. Cəmiyyətin
və Agentliyin sərəncamındakı əmlakın
kənar auditor təşkilatı
cəlb edilməklə
qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin
nəticəsinə əsasən,
onların yeni balansı barədə məlumatı Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyinə təqdim
etsin;
4.3. bu
Fərmanın 2.2-ci bəndində
nəzərdə tutulan
lizinq müqavilələri
üzrə hüquq və öhdəlikləri
Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı
tədbirlərin görülməsini
təmin etsin:
4.3.1. mövcud
qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri
üzrə əmlakın
idarə edilməsini;
4.3.2. lizinq
ödənişləri üzrə
borcların yığılmasını;
4.4. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 avqust 2020-ci il
Azərbaycan.- 2020.- 18 avqust.- S.2.