Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar
haqqında işlərə baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin
Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci
il 23 fevral tarixli 1256 nömrəli və “Azərbaycan
Respublikası Energetika Nazirliyinin
tabeliyində Enerji Məsələlərini
Tənzimləmə Agentliyinin yaradılması haqqında” 2017-ci il 22 dekabr tarixli
1750 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 2, maddə
200, ¹ 6, maddə 1105, ¹ 9, maddə
1638, ¹ 11, maddə 1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr
415, 419, 429, ¹ 5, maddələr 915, 927, ¹ 7
(I kitab), maddə 1481,
¹ 8, maddə 1698, ¹ 11, maddələr
2242, 2289, ¹ 12 (I kitab), maddələr
2566, 2597; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 213, ¹ 3, maddə
426, ¹ 4, maddələr 620, 630, 649, ¹ 5, maddələr 819, 862; 2020, ¹ 3, maddələr
238, 240, ¹ 4, maddə 404, Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 3 iyul tarixli 1084 nömrəli və 10 iyul tarixli 1105 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin Siyahısı”nın
1.11-ci bəndinə hər
iki halda "orqanların” sözündən
sonra "və Azərbaycan Respublikası
Prezidentinin yaratdığı
publik hüquqi şəxslərin” sözləri
əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 12 (I kitab), maddə
2318; 2018, ¹ 5, maddə 956) ilə
təsdiq edilmiş
"Enerji Məsələlərini
Tənzimləmə Agentliyinin
Nizamnaməsi”nin 3.1.11-ci yarımbəndi
aşağıdakı redaksiyada
verilsin:
"3.1.11. səlahiyyətlərinə aid məsələlərə dair
inzibati xəta əlamətləri aşkar
etdikdə, Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
uyğun olaraq tədbirlər görür;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 avqust 2020-ci il
Azərbaycan. -2020.- 18 avqust.- S.2.