“Aviasiya təhlükəsizliyi
üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli
613 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 24
aprel tarixli 613 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 4, maddə 292; 2017, ¹ 1, maddə 50; 2018, ¹ 9, maddə
1840, ¹ 11, maddə 2263; 2019, ¹ 3, maddə 430, ¹ 5, maddə
823) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin
Fərmanın 1-ci hissəsi
ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi üzrə
Dövlət Proqramı”
yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);
1.2. həmin
Fərmanın 2-ci hissəsi
ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyinin təmin
edilməsi Qaydaları”nda
dəyişiklik təsdiq
edilsin (əlavə olunur).
2.Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. "Aviasiya təhlükəsizliyinin təmin
edilməsi Qaydaları”nın
10.40.37-ci bəndinə uyğun
olaraq, təhlükəli
yüklərin mülki
hava gəmiləri ilə daşınması
qaydasını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
üç ay müddətində
təsdiq etsin;
2.2. həmin
Qaydaların 14.4-cü bəndinə
uyğun olaraq, aviasiya təhlükəsizliyinin
təmini sahəsində
personalın hazırlığı
qaydasını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
üç ay müddətində
təsdiq etsin;
2.3. həmin
Qaydaların 17.5-1-ci bəndinə
uyğun olaraq, aviasiya təhlükəsizliyinin
təmini sahəsində
yoxlamaların həyata
keçirilməsi qaydasını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla üç
ay müddətində təsdiq
etsin;
2.4. həmin
Qaydaların 3.12.22-1-ci yarımbəndinə
uyğun olaraq, mülki aviasiya sahəsində yüklərin
və poçt göndərişlərinin aviasiya
təhlükəsizliyini təmin
etmək məqsədilə
qeydiyyatdan keçmiş
yük agentlərinə
və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi
qaydasını üç
ay müddətində təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.5. həmin
Qaydaların 7.1-3-cü bəndinə
uyğun olaraq, hava limanının nəzarət edilməyən
zonalarının təhlükəsizliyinin
təmin edilməsi qaydasını üç
ay müddətində təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.6. həmin
Qaydaların 10.40.2-ci yarımbəndinə
uyğun olaraq, mülki hava gəmiləri ilə daşınan yük və poçt göndərişlərinin təhlükəsizliyinin
təmin edilməsi qaydasını üç
ay müddətində təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.7. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:
3.1. aşağıdakı
normativ-hüquqi aktları
iki ay müddətində
təsdiq etsin:
3.1.1. "Aviasiya
təhlükəsizliyinin təmin
edilməsi Qaydaları”nın 10.30.2-1-ci yarımbəndinə
uyğun olaraq, sərnişinlərdən hava
gəmisində daşınması
qadağan edilmiş maddə və (və ya) predmetlərin
götürülməsi, saxlanılması,
geri qaytarılması
və məhv edilməsi qaydasını;
3.1.2. həmin
Qaydaların 14-6.5.2-ci yarımbəndinə
uyğun olaraq, mülki aviasiya sahəsində təhdidlərin
qiymətləndirilməsi və
risklərin idarəolunması
metodikasını;
3.2. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
4. Aidiyyəti dövlət orqanları (qurumları) bu Fərmanın 1-ci hissəsi
ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi üzrə
Dövlət Proqramı”nın
icrasını təmin
etmək üçün
zəruri tədbirlər
görsünlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 avqust 2020-ci il
Azərbaycan.- 2020.- 18 avqust.-
S.3.