İndi əsas diqqətCənub qaz dəhlizi”nin başa çatmasına yönəldilib

 

Layihənin sonuncu seqmenti yekun mərhələsindədir

 

Təkcə Azərbaycanın regionun deyil, bütün Avrasiya məkanının enerji təhlükəsizliyində mühüm rol oynayacaq "Cənub qaz dəhlizi”nin çəkilişinin bu ilin sonunadək tamamlanması nəzərdə tutulur. Belə ki, dəhlizin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) inşası yekun mərhələyə qədəm qoyub.

Layihənin üç hissəsi isə artıq uğurla fəaliyyət göstərir. Məlum olduğu kimi, 3500 kilometrlik "Cənub qaz dəhliziXəzərin Azərbaycan sektorundakı "Şahdənizyatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacağı ölkəmizin Gürcüstanın ərazisindən keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırmaq üçün inşa edilib. "Şahdəniz-2”dən əldə olunacaq illik 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropa ölkələri üçün nəzərdə tutulub.

Beləliklə, "Şahdənizyatağı "Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyidir. Odur ki, yatağın ikinci mərhələsinin işlənməsi istismar olunması dəhlizin birinci seqmentini təşkil edir.

"Şahdəniz-2”də hasilatın əldə olunmasından artıq 2 il yarımdan çox vaxt keçir buradan çıxarılan qaz 2018-ci ilin ortalarından Türkiyəyə çatdırılır.

Azərbaycan qazının nəqli Bakı yaxınlığındakı Səngəçal terminalından başlanır. Buradan mavi yanacaq "Cənub qaz dəhlizi”nin ikinci seqmenti olan Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) vurulur. Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 kilometr məsafə boyu uzanan CQBK 2006-cı ildən "Şahdəniz-1” qazını nəql edir.

"Şahdəniz-2” qazını qəbul etmək üçün CQBK-nın mövcud gücü kifayət deyildi. Ona görə kəmərin genişləndirilməsi layihəsi həyata keçirildi. Belə ki, artan həcmləri nəql etmək üçün Hacıqabul rayonunun Muğan qəsəbəsinin yaxınlığından başlayaraq Gürcüstan sərhədinədək kəmərə paralel olan 387 kilometrlik yeni xətt çəkildi. Eləcə CQBK-nın Azərbaycan Gürcüstan hissələrində bir sıra yeni yerüstü obyektlər, o cümlədən kompressor stansiyaları, təzyiqölçən digər qurğular tikildi.

"Şahdəniz-2”də hasilatın başlanması CQBK-nın genişləndirilməsi "Cənub qaz dəhlizi”nin istifadəyə verilməsinə imkan yaratdı. Bu tarixi hadisə 2018-ci il mayın 29-da Səngəçal terminalında baş verdi.

Növbəti ayda, iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılış mərasimi keçirildi.

"Cənub qaz dəhlizi”nin üçüncü seqmenti olan TANAP Azərbaycan qazını Gürcüstan-Türkiyə sərhədində CQBK-dan qəbul edir. Kəmər Türkiyə ərazisində 1850 kilometrdən çox məsafə boyu uzanır. Bu ölkənin 20 vilayətindən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan vilayətlərindən, 67 rayonundan 600 kəndindən keçir. Xəttin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılır.

TANAP Türkiyə-Yunanıstan sərhədindəki Kipoi məntəqəsində TAP-a qovuşur. Bir tərəfdən CQBK-ya, digər tərəfdən TAP-a bağlandığı üçün TANAP-ı "Cənub qaz dəhlizi”nin "birləşdirici halqası”, yaxud "onurğa sütunuda adlandırırlar.

Dəhlizin TANAP-dan sonrakı 878 kilometrlik hissəsi TAP-ın payına düşür. Bu kəmərin 550 kilometri Yunanıstandan, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin altından keçir, sonuncu 8 kilometri İtaliya ərazisində quruda yerləşir. Hazırda TAP-ın çəkilişi yekunlaşmaqdadır cari ilin sonunadək bu boru xəttinin TANAP-la nəql olunan mavi yanacağı qəbul edəcəyi gözlənilir. Belə ki, keçən il noyabrın 30-da TANAP-ın çəkilişi tamamlanıb o, Avropa sərhədinə çataraq TAP-la birləşib. Bu münasibətlə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində təntənəli mərasim keçirilib.

Carı ayın 10-da "Qarabağyatağında quraşdırılacaq stasionar dəniz özülünün əsas hissələrindən birinin - dayaq blokunun Xəzərə yola salınmasında iştirak edən Prezident İlham Əliyev qurğu ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu barədə demişdir: "Əlbəttə, indi bizim əsas diqqətimiz "Cənub qaz dəhlizi”nin başa çatmasına yönəldilib. Bu layihə uğurla icra edilir. Bunun dördüncü sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, hesab edirəm ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, "Cənub qaz dəhlizi” tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli hesab edirəm ki, tarixi hadisədir.”

"Cənub qaz dəhliziolmasaydı, heç bir xarici investor Azərbaycandakı yataqlara sərmayə yatırmaq istəməzdi. Gələcəkdə bu dəhlizlə təkcə "Şahdəniz”dən deyil, işlənməsi müxtəlif mərhələlərdə olan digər yataqlardan alınan qaz da nəql ediləcək.

İxracın coğrafiyası da genişlənəcək. Bu barədə isə Prezident belə demişdir: "Məsələn, "Abşeronqaz-kondensat yatağından çıxarılacaq qazın ixracı üçün yol olmalıdır, həmçinin "Qarabağyatağından digər yataqlardan çıxarılacaq təbii qazın da. Ona görə "Cənub qaz dəhlizi”nin əhəmiyyəti təkcə "Şahdənizlayihəsi ilə məhdudlaşmır. Bu layihə icra olunmadan bizim enerji siyasətimiz yarımçıq qala bilərdi. Amma bu gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını tam təmin edir... "Şahdənizqazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan İtaliyaya çatdırılacaq. Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə - Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür”.

Azərbaycanın təşəbbüsü lideliyi ilə həyata keçirilən, ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq tərəfdaşlıq formatı çərçivəsində inkişaf edən "Cənub qaz dəhlizilayihəsi bütün iştirakçı dövlətlərə, şirkətlərə, istehsalçı istehlakçılara böyük fayda verəcək.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.- 18 avqust.- S. 1; 5.