Azərbaycanda normal həyata keçid sürətlənib
Koronavirusun lokallaşdırılması
istiqamətində görülən qabaqlayıcı tədbirlər
müsbət nəticəsini verir
Dünyada pandemiya vəziyyəti davam edir. Aylardır
göstərilən bütün
səylərə baxmayaraq,
insanları təhdid edən təhlükə hələ də ram edilməyib və təəssüf ki, bəşəriyyət COVID-19-la mübarizədə bir addım da önə
keçə bilməyib.
Bu qorxulu
virusun yayılması
hava-damcı yolu ilə olduğu üçün onun qarşısını ala bilmək
yalnız profilaktik tədbirlər görməklə,
Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) tövsiyələrinə əməl
etməklə mümkündür. Ölkələrdə tətbiq edilən karantin rejimləri yumşaldılan kimi əhalinin tələb olunan qaydalara əməl etməməsi
və bu səbəbdən vəziyyətin
daha da çətinləşməsi
hələ ki reallıqdır.
Azərbaycan da bütün imkanlarını COVID-19-a qarşı
səfərbər edib. Dövlət sanitar-epidemioloji vəziyyətin
nəzarət altında
saxlanılması üçün
tədbirləri davam etdirir. Məhz zamanında bu
istiqamətdə aparılan
sistemli işlər ölkəmizi pandemiyanın
səbəb olacağı
labüd təhlükələrdən
müəyyən qədər
sığortalayıb.
Koronavirusa qarşı
immunitet səviyyəsi
öyrəniləcək
Ölkəmizin səhiyyə sisteminin dərhal pandemiya şəraitinə uyğunlaşdırılması,
tibbi vəsaitlərlə
təchizatın yüksək
səviyyədə olması,
modul tipli xəstəxanaların qısa
zamanda istifadəyə
verilməsi, ən müasir laboratoriyaların
quraşdırılması COVID-19-la uğurlu mübarizə aparmağa imkan yaratdı. 100 minə yaxın tibb işçilərimizin virusa
yoluxan hər bir vətəndaşın
sağaldılması uğrunda
apardığı mücadilə
müsbət bəhrəsini
verdi. Müalicələrin yüksəkkeyfiyyətli olması,
qabaqcıl ölkələrdə
virusa qarşı keçirilən tədbirlərin
ölkəmizdə də
tətbiq olunması sayəsində hazırda koronavirusa yoluxan 31 mindən çox vətəndaşımız müalicə
olunaraq sağalıb.
Koronavirusun yayılmasının qarşısını
almaqda kömək edən ən effektiv vasitələrdən
biri virusun erkən aşkarlanması
üçün aparılan
testlərdir. Buna görə də ölkədə bu məqsədlə keçirilən testlərin
sayı artırılır
və hazırda bu say 8 yüz
mindən çoxdur.
Bu həftədən
etibarən isə respublikamızda koronavirus pandemiyası ilə əlaqədar seroloji testlərin keçirilməsinə
başlanılacaq. Bu testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi
ilə aparılacaq.
TƏBİB Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova bununla
bağlı bildirib ki, həmin şəxslərə zəng
etdikdən sonra razılaşdıqları halda
qeydiyyatda olduqları poliklinikada hazırlanmış
tibbi heyət onların evinə yaxınlaşıb qan nümunələri götürəcək.
Layihənin məqsədi əhali
arasında COVID-19 xəstəliyinin
keçirilməsi haqqında
təsəvvürlərin əldə
olunması, xəstəliyi
keçirmiş şəxslərdə
yaranmış immunitet
səviyyəsinin öyrənilməsidir.
Layihəyə Bakı şəhərindən
başlanılacaq və
1500-ə yaxın şəxs
tədqiqata cəlb olunacaq. Daha sonra bunun Sumqayıt və Gəncə şəhərlərində
həyata keçirilməsi
nəzərdə tutulur.
Ölkə üzrə
mövcud epidemioloji vəziyyət qiymətləndirilir
Eyni zamanda ölkədə mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsi,
dünyada yoluxma tendensiyasının ciddi şəkildə təhlil
edilərək qərarlar
qəbul edilməsi virusa qarşı mübarizədə düzgün
strategiyanın tətbiqini
şərtləndirdi. Sanitar-epidemioloji vəziyyətə vaxtlı-vaxtında
tətbiq olunan sərt karantin rejimi infeksiyanı nəzarətdə saxlamağa
imkan yaratdı.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə son zamanlar
gündəlik yoluxma halında ardıcıl olaraq kəskin azalma müşahidə olunur. Məsələn, iyul ayının
əvvəlində gündəlik
500-dən çox yoluxma
qeydə alınırdısa,
ölkədə son zamanlar
virusa yoluxan insanların sayı 100, hətta ondan da aşağı səviyyədədir.
Ona görə də sanitar-epidemioloji vəziyyət
təhlil edilərək
və koronavirusa yoluxma sayında müsbət dinamika nəzərə alınaraq
sərtləşdirilmiş karantin rejimində mərhələli şəkildə
yumşalmalar tətbiq
olunur. Belə ki, avqustun
5-dən SMS icazə sistemi
ləğv edildi, çimərliklər açıldı.
Avqustun
10-dan iqtisadi aktivliyin gücləndirilməsi zərurəti
nəzərə alınaraq
sərt karantin rejiminin yumşaldılması
istiqamətində növbəti
tədbirlər paketi qüvvəyə mindi.
Müvafiq qərara əsasən, sərtləşdirilmiş
karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin
və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının
ərazisində qeyd olunan tarixdən etibarən bir sıra istehsal, ticarət və xidmət sahələrinin
fəaliyyətinə icazə
verildi. İri ticarət mərkəzləri
və "Mall”lardan başqa, qeyri-ərzaq məhsullarının satışı
ilə məşğul
olan mağazalar açıldı, bəzi
sahələr üzrə
işə cəlb olunan işçilərin
sayına tətbiq edilən məhdudiyyətlər
aradan götürüldü.
Növbəti iş sahələri fəaliyyətə
başlayır
Bu gündən
isə Nazirlər Kabineti yanında Operativ Qərargahın yuxarıda adları sadalanan ərazilərdə
elan edilmiş sərtləşdirilmiş karantin
rejimində dəyişiklik
olunması barədə
qərarına əsasən,
ictimai iaşə obyektlərində müştərilərə
açıq hava şəraitində xidmət
göstərilməsinə icazə verilir.
Həmin yerlərdə
ictimai iaşə obyektlərində, eləcə
də restoran, kafe, çay evləri və bu kimi digər
məkanlarda müştərilərə
açıq hava sahəsində yerində xidmət saat 09:00-dan
22:00-dək həyata keçiriləcək.
Qəlyan avadanlıqlarından istifadə və hər bir masa
arxasında 6 nəfərdən
artıq toplaşmaq qadağası qüvvədə
qalır.
İnsanların sıx toplaşmasının
xəstəliyin yayılma
intensivliyinə birbaşa
təsirini nəzərə
alaraq ictimai iaşə müəssisələrində
bir sıra qaydalara əməl olunmalıdır. Belə ki, hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil
olarkən pandemiya şəraitinin tələblərinə
mütləq əməl
etməlidir. İctimai
iaşə müəssisələrinə
müştəri qəbulu
2 dəfə azaldılmalı
və adambaşına
müəyyən edilən
sahə 2 qat artırılmalı, ictimai
iaşə müəssisələrinin
qida qəbulu zallarında, otaqlarda, habelə onların açıq hava sahələrində masalararası
məsafə 2 metr, masalar arxasındakı oturacaqlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır. Qaydalara əsasən, bu məkanlarda mütəmadi
dezinfeksiya işləri
aparılmalı, hər
bir masada
dezinfeksiyaedici məhlulların
yerləşdirilməsi təmin
olunmalıdır. Qida
qəbulu zallarında,
otaqlarında, habelə
onların açıq
hava sahələrində
sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya
işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış,
kassa və s.), iş saatından sonra isə bütün sahələrdə
həyata keçirilməlidir.
Dünyada koronavirusun tüğyan etdiyi bir zamanda
ölkəmizdə COVID-19-a yoluxmada əldə olunan müsbət tendensiya və ardıcıl atılan yumşalma addımları
sevindiricidir. Təbii ki, sadalanan irəliləyişlərə vətəndaşlarımızın
qoyulan qaydalara qarşı məsuliyyətli
davranışı, nizam-intizam
göstərməsi də
böyük təsir göstərir. Bu, bir həqiqətdir ki, görülən tədbirlərin effektivliyi
həm də fərdi qaydada hər bir vətəndaşın
üzərinə düşən
müvafiq məsuliyyəti
yerinə yetirməsindən
birbaşa asılıdır.
İctimai nəqliyyatda, ofislərdə,
alış-veriş mərkəzlərində
və digər qapalı yerlərdə maskadan istifadə edilməsi, sosial məsafə saxlanılması,
şəxsi gigiyena qaydalarına riayət olunması, ümumiyyətlə,
pandemiya şərtlərinə
əməl edilməsi
normal həyata dönüşümüzü
daha da sürətləndirə
bilər.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2020.- 18 avqust.-
S.1; 5.