Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Maxaçkala” və "Astraxan” kiçik artilleriya, "SB-738” xilasedici yedək gəmiləri avqustun 17-də Bakıya gəlib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-nin Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər
"Beynəlxalq Ordu Oyunları-2020”
yarışları çərçivəsində
keçiriləcək "Dəniz Kuboku”
müsabiqəsinin təşkilinə dair
fikir mübadiləsi aparıblar.
Azərbaycan.-
2020.- 18 avqust.- S.3.