Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli,
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və
yüksək texnologiyalar sahəsində
idarəetmənin təkmilləşdirilməsi ilə bağlı
bəzi tədbirlər haqqında” 2018-ci il
12 yanvar tarixli 1785
nömrəli və “Dövlət informasiya
ehtiyatları və sistemlərinin
formalaşdırılması, aparılması, inteqrasiyası
və arxivləşdirilməsi Qaydaları”nın təsdiq
edilməsi və elektron hökumətlə
bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 9, maddə
858; 2013, ¹ 2, maddə 109, ¹ 3, maddə 254, ¹ 4, maddə
377; 2014, ¹ 2, maddə 117, ¹ 5, maddə 486, ¹ 9, maddələr
1027, 1044, 1048; 2015, ¹ 6, maddə 708, ¹ 8, maddə 917, ¹ 10, maddə
1122; 2016, ¹ 2 (II kitab), maddə
251, ¹ 5, maddə 852, ¹ 8, maddə
1384, ¹ 9, maddə 1464; 2017, ¹ 2, maddə 174, ¹ 4, maddə
564, ¹ 5, maddə 809, ¹ 8, maddələr
1521, 1531; 2018, ¹ 3, maddə 437, ¹ 6, maddə 1242, ¹ 10, maddə
2013, ¹ 11, maddə 2553; 2019, ¹ 1, maddə 61, ¹ 4, maddə
647) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı
məzmunda 3.1.11-1-ci yarımbənd
əlavə edilsin:
"3.1.11-1. dövlət
qurumları tərəfindən
dövlət informasiya
ehtiyatları və sistemlərinin "Hökumət
buludu”nda formalaşdırılması,
aparılması və
təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili
və göstərilməsi
ilə bağlı dəstək tədbirləri
görmək;”.
2. Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 1, maddə
41; 2019, ¹ 1, maddə 95, ¹ 6, maddə 1027, ¹ 11, maddə
1702, ¹ 12, maddə 1929; 2020, ¹ 3, maddə 231, ¹ 4, maddə
407) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
2.1.aşağıdakı
məzmunda 2.0.17-1-ci, 3.0.78-1-ci, 3.0.79-1-ci,
3.0.79-2-ci və 3.0.79-3-cü yarımbəndlər əlavə
edilsin:
"2.0.17-1. "Hökumət
buludu”nun fəaliyyətini
və istifadəsini təşkil edir;”;
"3.0.78-1. "Hökumət
buludu”nun idarə olunmasını və fəaliyyətinin təşkilini
təmin etmək;”;
"3.0.79-1. dövlət
informasiya ehtiyatları
və sistemlərinin Nazirliyin Data Mərkəzində
saxlanılmasını, həmçinin
"Hökumət buludu”ndan
istifadəni təşkil
etmək;
3.0.79-2. Nazirliyin
Data Mərkəzində, eləcə
də "bulud” texnologiyasına əsaslanan
"bulud” xidmət modellərində dövlət
informasiya ehtiyatları
və sistemlərinin formalaşdırılması və
aparılmasını, habelə
elektron xidmətlərin
təşkili üçün
texnoloji mühiti təmin etmək;
3.0.79-3. "Hökumət
buludu”nun təhlükəsizliyinin
təmin edilməsi üçün aidiyyəti
dövlət orqanı
ilə birlikdə tədbirlər görmək;”;
2.2. 3.0.79-cu yarımbənd
aşağıdakı redaksiyada
verilsin:
"3.0.79. "Hökumət buludu”nun yaradılması vasitəsilə
dövlət qurumlarının
informasiya ehtiyatları
və sistemlərinin istismarı, bunun üçün tələb
olunan infrastrukturun qurulması və standartların formalaşdırılması
sahəsində aidiyyəti
dövlət qurumları
ilə birlikdə tədbirlər görmək;”.
3. Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 9, maddə
1826) ilə təsdiq edilmiş "Dövlət
informasiya ehtiyatları
və sistemlərinin formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na
aşağıdakı məzmunda
1.8-ci bənd, 6.0.2-1-ci və
7.1.3-1-ci yarımbəndlər əlavə edilsin:
"1.8. Dövlət
informasiya ehtiyatları
və sistemləri
"Hökumət buludu”nun
(G-cloud) yaradılması və
"bulud” xidmətlərinin
göstərilməsi sahəsində
tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında
nəzərdə tutulmuş
Keçid Planına uyğun olaraq mərhələli şəkildə
"Hökumət buludu”nda
yerləşdirilir, aparılır
və Data Mərkəzində
saxlanılır.”;
"6.0.2-1. dövlət
informasiya ehtiyatı və sisteminin bu Qaydaların 1.8-ci bəndinə uyğun olaraq mərhələli şəkildə "Hökumət
buludu”nda yerləşdirilməsini,
aparılmasını və
təkmilləşdirilməsini, o cümlədən elektron xidmətlərin təşkilini
və göstərilməsini
təmin etmək;”;
"7.1.3-1. dövlət
qurumları tərəfindən
dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin bu Qaydaların 1.8-ci bəndinə
uyğun olaraq mərhələli şəkildə
"Hökumət buludu”nda
formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili
və göstərilməsi
ilə bağlı dəstək tədbirləri
görmək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 avqust 2020-ci il
Azərbaycan.-
2020.- 19 avqust.- S.2.