“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən electron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsünün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunutəsdiq edilsin (əlavə olunur).

2. "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın "Torpaq sahəsinin planı ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 6, maddə 709; 2017, ¹ 3, maddə 371; 2018, ¹ 1, maddə 49, ¹ 2, maddə 204; 2019, ¹ 4, maddə 618) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adından "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın sözləri çıxarılsın adında "təsvirlərininsözü "təsvirininsözü ilə əvəz edilsin;

2.2. 1-ci hissə ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış "Daşınmaz əmlakın dövlət reyestri haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq "Elektron hökumətİnformasiya Sistemində (bundan sonra - informasiya sistemi) yerləşdirildikdən sonra elektron çıxarışın məzmununda hər hansı dəyişiklik edilərkən, həmin informasiya sistemində ilk dəfə yerləşdirilən elektron çıxarışda edilmiş dəyişikliklərin ardıcıllığını məzmununu hüquq sahibinin elektron qaydada müşahidə etməsi imkanının yaradılması üçün üç ay müddətində zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. daşınmaz əmlakın dövlət reyestrindən kağızda verilmiş çıxarışların elektron formada tərtib edilməsini həmin nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə informasiya sistemində yerləşdirilməsini 2022-ci il yanvarın 1-dək təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. daşınmaz əmlakın dövlət reyestrindən kağızda verilmiş çıxarış bu Fərmanın 4.1-ci bəndi icra olunanadək itirildikdə, məhv olduqda ya yararsız hala düşdükdə, hüquq sahibinin ərizəsi əsasında çıxarışın elektron formada tərtib edilərək informasiya sistemində yerləşdirilməsi hüquq sahibinin həmin çıxarışı elektron üsulla real vaxt rejimində əldə etməsi imkanının yaradılması üçün tədbirlər görsün;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 avqust 2020-ci il

 

Azərbaycan.- 2020.- 19 avqust.- S.2.