“Hüquqların dövlət qeydiyyatı haqqında
daşınmaz əmlakın dövlət reyestrindən electron çıxarış”ın məzmunu
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu sənəd, növündən asılı olmayaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə tərtib edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra - dövlət reyestri) elektron çıxarışın məzmununu müəyyən edir.
1.2. Dövlət reyestrindən elektron çıxarışı dövlət reyestrində saxlanılan məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) Azərbaycan Respublikasının dövlət dilində tərtib edir.
1.3. Dövlət reyestrindən elektron çıxarış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alındıqda hüquq sahibinə (sahiblərinə) bu sənədlə müəyyən edilən məzmunda verilir.
1.4. Dövlət reyestrindən elektron çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə "Elektron hökumət” İnformasiya Sistemində yerləşdirilir və hüquq sahibinin onu elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur.
2. Dövlət reyestrindən elektron
çıxarışda göstərilən məlumatlar
2.1. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir:
2.1.1. Azərbaycan
Respublikası Dövlət
Gerbinin təsviri;
2.1.2. Dövlət
Xidmətinin adı;
2.1.3. hüququ
rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər)
haqqında məlumat:
1. fiziki
şəxs olduqda - soyadı, adı, atasının adı;
2. hüquqi
şəxs olduqda -
tam adı (o cümlədən
təşkilati-hüquqi forması);
2.1.4. daşınmaz
əmlakın növü;
2.1.5. daşınmaz
əmlakın ünvanı;
2.1.6. daşınmaz
əmlakın mülkiyyət
növü;
2.1.7. daşınmaz
əmlak üzərində
hüququn növü;
2.1.8. daşınmaz
əmlakın ümumi
sahəsi (kvadratmetrlə);
2.1.9. torpaq
sahəsinin mülkiyyət
növü;
2.1.10. torpaq
sahəsi üzərində
hüququn növü;
2.1.11. torpaq
sahəsinin kateqoriyası
(Azərbaycan Respublikasının
Torpaq Məcəlləsi
ilə müəyyən
edilmiş kateqoriyalardan
biri);
2.1.12. torpaq
sahəsinin ölçüsü
(hektarla);
2.1.13. daşınmaz
əmlakın dövlət
reyestr nömrəsi;
2.1.14. daşınmaz
əmlakın qeydiyyat
nömrəsi;
2.1.15. daşınmaz
əmlakın qeydiyyat
tarixi;
2.1.16. daşınmaz
əmlak ümumi birgə mülkiyyətdə
olduqda - hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda
isə, əlavə olaraq - hər bir hüquq sahibinin payı;
2.1.17. reyestr
kitabının və
onun vərəqinin nömrəsi;
2.1.18. dövlət
reyestrindən elektron çıxarışı təsdiq
edən vəzifəli
şəxsin vəzifəsi,
gücləndirilmiş elektron
imzası, soyadı və adı.
2.2. Digər hüquqların dövlət
qeydiyyatı ilə bağlı təqdim edilən elektron çıxarışda bu
sənədin 2.1.1-ci, 2.1.2-ci, 2.1.4-cü, 2.1.5-ci,
2.1.11-ci, 2.1.13-cü, 2.1.17-ci və
2.1.18-ci yarımbəndlərində göstərilən məlumatlarla
yanaşı, aşağıdakı
məlumatlar da göstərilir:
2.2.1. xeyrinə
hüquqlar qeydiyyata alınan şəxs (şəxslər) haqqında
məlumat:
1. fiziki
şəxs olduqda - soyadı, adı, atasının adı;
2. hüquqi
şəxs olduqda -
tam adı (o cümlədən
təşkilati-hüquqi forması);
2.2.2. daşınmaz
əmlakın mülkiyyətçisi
və ya hüququ yüklü edilən digər şəxs (şəxslər);
2.2.3. üzərində
hüquqlar qeydiyyata alınan daşınmaz əmlakın (əmlak hissəsinin) ölçüsü
(torpaq sahəsinin ölçüsü - hektarla,
digər daşınmaz
əmlakın ölçüsü
- kvadratmetrlə);
2.2.4. qeydiyyata
alınan hüququn növü və müddəti;
2.2.5. əsas
öhdəliyin mahiyyəti
və icra müddəti (olduqda);
2.2.6. daşınmaz
əmlak üzərində
qüvvədə olan
digər hüquqlar (olduqda).
2.3. İpoteka saxlayanın hüquqları
ipoteka kağızı
ilə rəsmiləşdirildikdə,
ipotekanın dövlət
qeydiyyatı zamanı
dövlət reyestrindən
elektron çıxarışda
bu barədə məlumat göstərilir.
2.4. Daşınmaz
əmlak ümumi mülkiyyətdə olduğu
halda elektron çıxarış hər
bir mülkiyyətçiyə
təqdim edilir.
Azərbaycan.-
2020.- 19 avqust.- S.2.