Əfqanıstan İslam
Respublikasının Prezidenti Zati-aliləri
cənab Məhəmməd Əşrəf Qaniyə
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Əfqanıstan dostluq və tərəfdaşlıq münasibətləri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz bundan sonra da xalqlarımızın rifahı naminə genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Əfqanıstan xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 avqust 2020-ci il.
Azərbaycan.- 2020.-19 avqust.- S.2.