BTC neft daşımalarını artırır, ekoloji riskləri azaldır

 

Bu ilin birinci yarısında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə təqribən 15 milyon ton (113 milyon bareldən artıq) xam neftkondensat ixrac edilib. Bu karbohidrogenlər Ceyhanda 145 tankerə yüklənib.

Hazırda BTC ilə əsasən Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neft və "Şahdəniz”dən əldə olunan kondensat nəql edilir. Bundan əlavə, kəmərə digər xam neftkondensat həcmləri, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti vurulur.

BTC Azərbaycanın neft strategiyasının ayrılmaz hissəsidir. Bu boru xətti ilə qapalı hövzə olan Xəzər dənizindən dünya bazarlarına tamamilə yeni bir marşrut açılıb. Başqa sözlə, BTC beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxışı təmin edən bir marşrutdurregionun enerji ixracının başlıca arteriyası sayılır.

Ceyhan terminalında BTC-nin gətirdiyi neftlə ilk tanker 2006-cı ilin yayında yüklənmişdi. Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən 1768 kilometr məsafə boyu nəql olunan təxminən 600 min barel həcmində "Azəri-Çıraq-Günəşli” xam neftindən ibarət həmin ilk yükü dünya bazarlarına "British Hawthorntankeri aparmışdı.

İstismara verildiyi həmin vaxtdan bəri BTC vasitəsilə ümumilikdə 462 milyon tondan artıq (3,47 milyard barel) xam neft nəql edilibCeyhanda 4526 tankerə vurularaq dünya bazarlarına göndərilib.

Məlumatı BTC-nin operatoru olan BP (bu şirkət layihədə həmçinin 30,1 faiz payla iştirak edir) yayıb. Kəmərin digər səhmdarları AzBTC (25 faiz), MOL (16 aprel 2020-ci il tarixdən "Şevronu əvəz edib, 8,9 faiz), "Ekvinor” (8,71 faiz), TPAO (6,53 faiz), "Eni” (5 faiz), "Total” (5 faiz), İTOÇU (3,4 faiz), İNPEKS (2,5 faiz), "EksonMobil” (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

BTC-nin gündəlik ötürücülük gücü 1,2 milyon barel təşkil edir. Kəmərin boruları əsasən 42 düymdür. Coğrafi vəziyyətdən asılı olaraq xəttin bəzi hissələri 46 və 34 düymlük borularla çəkilib.

Üç tranzit ölkə boyu BTC-nin 8 nasos stansiyası (2-si Azərbaycanda, 2-si Gürcüstanda, 4-ü Türkiyədədir) və 98 siyirtmə məntəqəsi var. Boru xətti Ceyhanda dəniz səviyyəsinə enməzdən əvvəl dağlarda 2830 metrlik ən yüksək nöqtəsinə qalxır. Kəmər öz marşrutu boyu bir neçə dağ silsiləsindən keçir. 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətləri ilə, yüzlərlə su hövzəsi ilə kəsişir.

BTC-ni səssiz kəmər də adlandırırlar. Çünki boruları torpağın altında, ən azı bir metr dərinlikdə basdırılıb. Bu, onun təhlükəsizliyini təmin edən şərtlərdən biridir. BTC-nin digər üstünlüyü DardanelBosfor boğazlarından yan keçərək tankerlərin hərəkətinə mane olmamasıdır. BTC həm də tikintisinə başlandığı vaxtdan indiyədək dolayısı ilə (keçdiyi ərazilərdə həyata keçirilən sosial layihələrlə) və bilavasitə gətirdiyi gəlirlərlə bütün regiona xeyir-bərəkət bəxş edir.

Xatırladaq ki, BTC dünya miqyasında dövrün ən böyük və mürəkkəb mühəndis-texniki qurğularından biri hesab edilir. Təsadüfi deyil ki, kəmərin tikintisinin tamamlanması üçün 4 il vaxt tələb olunub. Layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında sona çatdırılıb. Tikintinin ən qızğın dövründə işə 22 min nəfər cəlb edilib ki, bunların da 80 faizə qədəri inşaat meydançalarına yaxın ərazilərin sakinləri olub.

BTC neft daşımalarının artımına, ekoloji risklərin azalmasına kömək etməklə yanaşı, Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb ölkələri arasında siyasiiqtisadi əlaqələri gücləndirir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.- 19 avqust.- S.1; 3.