Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin
strukturunun təsdiq edilməsi və aparatının
işçilərinin say həddinin müəyyən edilməsi
barədə” 2006-cı il 18 aprel tarixli 392 nömrəli, “Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin,
nazirliyin strukturunun təsdiq edilməsi və aparatının
işçilərinin say həddinin müəyyən edilməsi
barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin,
Komitənin strukturunun təsdiq edilməsi
və aparatının işçilərinin say həddinin
müəyyən edilməsi barədə” 2006-cı il 9 avqust
tarixli 444 nömrəli, “Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının
yaradılması haqqında” 2007-ci il 13
dekabr tarixli 674 nömrəli, “Ətraf mühitə və
insan sağlamlığına mənfi təsir göstərən
vibrasiya və səs-küy çirklənmələri
normaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 8
iyul tarixli 796 nömrəli, “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli
386 nömrəli, “Uşaq hüquqlarının həyata
keçirilməsinə dövlət nəzarəti
Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may
tarixli 626 nömrəli fərmanlarında
dəyişiklik edilməsi və “Əlilliyin və
uşaqların sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 2011-ci il 4 mart
tarixli 85-IVQD nömrəli Qanununun tətbiq edilməsi
haqqında” 2011-ci il 20 aprel tarixli 420 nömrəli Fərmanının
ləğv edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, "Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun
icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4,
maddə 324, ¹ 10, maddə 849; 2008, ¹ 7, maddə 612, ¹ 8, maddə
715, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə
83, ¹ 10, maddə 851; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 9, maddə 856;
2014, ¹ 4, maddə 362; 2017, ¹ 4, maddə 557, ¹ 5, maddə 813;
2018, ¹ 2, maddə 205) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 8.14-cü bənddə "əlil”
sözü "əlilliyi olan” sözləri ilə,
"müharibə əlili” sözləri "müharibə
ilə əlaqədar əlilliyi” sözləri ilə əvəz
edilsin və həmin bəndə "uşaqların”
sözündən əvvəl "18 yaşınadək”
sözləri əlavə edilsin;
1.2. 8.26-cı bənddə "əlil”
sözü "əlilliyi” sözü ilə, "əlil və
sağlamlıq imkanları məhdud” sözləri "əlilliyi
olan” sözləri ilə əvəz edilsin və həmin bəndə
"uşaqların” sözündən əvvəl "18
yaşınadək” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 411, ¹
8, maddə 680; 2007, ¹ 6, maddə 602, ¹ 8, maddə 770, ¹ 10, maddə
947; 2008, ¹ 7, maddə 612, ¹ 11, maddələr 967, 970; 2009, ¹ 10,
maddə 779, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə
85; 2012, ¹ 7, maddə 688, ¹ 9, maddə 855; 2013, ¹ 2, maddə 114,
¹ 6, maddə 651, ¹ 9, maddələr 1060, 1061; 2016, ¹ 3, maddə
436; 2017, ¹ 10, maddə 1781; 2018, ¹ 2, maddə 217, ¹ 5, maddə
932, ¹ 10, maddə 1990; 2019, ¹ 12, maddə 1953; Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 1048 nömrəli
Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi haqqında
Əsasnamə”də aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 8.20-1-ci bənddən "və
sağlamlıq imkanlarının məhdudluğunun” sözləri
çıxarılsın;
2.2. 9.2-ci bənddə "əlillik,
uşaqların sağlamlıq imkanları məhdudluğunu”
sözləri "əlilliyin, o cümlədən 18
yaşınadək uşaqların sağlamlıq
imkanlarının məhdudluğunun” sözləri ilə əvəz
edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8,
maddə 670; 2007, ¹ 3, maddə 233, ¹ 5, maddə 455, ¹ 8, maddə
768, ¹ 11, maddələr 1094, 1105; 2008, ¹ 5, maddə 373, ¹ 11, maddə
970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2012, ¹ 5, maddə
420, ¹ 9, maddə 857; 2013, ¹ 10, maddə 1154, ¹ 11, maddə 1331;
2019, ¹ 7, maddə 1232, ¹ 12, maddə 1929) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi haqqında Əsasnamə”nin 8.11-ci bəndində
"əlil” sözü "əlilliyi olan” sözləri ilə
əvəz edilsin və həmin bəndə
"uşaqların” sözündən əvvəl "18
yaşınadək” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 12, maddə 1224;
2009, ¹ 4, maddə 222, ¹ 12, maddə 988; 2012, ¹ 2, maddə 83, ¹ 5,
maddə 429; 2016, ¹ 3, maddə 466; 2018, ¹ 11, maddə 2269; 2019, ¹
7, maddə 1246) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin
3.6.3-cü yarımbəndində "əlil” sözü
"əlilliyi olan şəxslərin” sözləri ilə əvəz
edilsin.
5. Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 7,
maddə 614; 2011, ¹ 2, maddə 85; 2017, ¹ 7, maddə 1357) ilə
təsdiq edilmiş "Ətraf mühitə və insan
sağlamlığına mənfi təsir göstərən
vibrasiya və səs-küy çirklənmələri
normaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
5.1. Cədvəl 1 - "Nüfuzedən
səs-küyün yaşayış və ictimai binalarda,
yaşayış tikililəri ərazisində, habelə
insanların cəmləşdiyi digər yerlərdə səs
təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin
yolverilən normaları”nın 3-cü hissəsində
"Qocalar və əlillər üçün internat-evlərinin”
sözləri "Ahıllar və əlilliyi olan şəxslər
üçün sosial xidmət müəssisələrinin”
sözləri ilə, 13-cü və 16-cı hissələrində
ismin müvafiq hallarında "qocalar və əlillər
üçün internat-evləri” sözləri ismin
müvafiq hallarında "ahıllar və əlilliyi olan
şəxslər üçün sosial xidmət müəssisələri”
sözləri ilə əvəz edilsin;
5.2. Cədvəl 2 - "Binaların
otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri”nin
4-cü hissəsində "qocalar və əlillər
üçün internat-evlərinin” sözləri
"ahıllar və əlilliyi olan şəxslər
üçün sosial xidmət müəssisələrinin”
sözləri ilə əvəz edilsin;
5.3. Cədvəl 3 - "Binaların
otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin
4-cü hissəsində "qocalar və əlillər
üçün internat-evlərinin” sözləri
"ahıllar və əlilliyi olan şəxslər
üçün sosial xidmət müəssisələrinin”
sözləri ilə əvəz edilsin;
5.4. Cədvəl 4 - "Binaların
otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin
yolverilən səviyyələri”nin 4-cü hissəsində
"qocalar və əlillər üçün internat-evlərinin”
sözləri "ahıllar və əlilliyi olan şəxslər
üçün sosial xidmət müəssisələrinin”
sözləri ilə əvəz edilsin.
6. "Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 2, maddə 90, ¹ 7, maddə 625, ¹ 11, maddə 996;
2012, ¹ 9, maddə 853, ¹ 11, maddə 1084; 2013, ¹ 2, maddə 124, ¹
12, maddə 1525; 2014, ¹ 7, maddə 789, ¹ 9, maddə 1053; 2015, ¹
1, maddə 17, ¹ 3, maddələr 263, 264, ¹ 6, maddə 705, ¹ 8,
maddə 908, ¹ 10, maddə 1134; 2016, ¹ 3, maddə 437, ¹ 5, maddə
859, ¹ 6, maddələr 1051, 1072; 2017, ¹ 9, maddə 1633; 2018, ¹ 3,
maddə 433, ¹ 6, maddə 1245; 2019, ¹ 1, maddə 73, ¹ 2, maddə
245, ¹ 5, maddə 845, ¹ 6, maddə 1036, ¹ 7, maddə 1232, ¹ 8, maddə
1397, ¹ 11, maddə 1718, ¹ 12, maddə 1935)
aşağıdakı dəyişikliklər edilsin:
6.1. həmin Fərmanla
təsdiq edilmiş "Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
haqqında Əsasnamə” üzrə:
6.1.1. 1.1-ci bənddə, 2.1.3-cü və
3.1.53-cü yarımbəndlərdə ismin müvafiq
hallarında "əlillər və sağlamlıq
imkanları məhdud uşaqlar” sözləri ismin müvafiq
hallarında "əlilliyi olan şəxslər, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqlar” sözləri ilə əvəz edilsin;
6.1.2. 3.1.34-cü yarımbənddə
"əlillərin” sözü "əlilliyi olan şəxslərin”
sözləri ilə əvəz edilsin;
6.1.3. 3.1.49-cu yarımbənddə (hər
iki halda) ismin müvafiq hallarında "əlillər və
sağlamlıq imkanları məhdud uşaqlar” sözləri
ismin müvafiq hallarında "əlilliyi olan şəxslər,
o cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar” sözləri ilə, "əlil
kreslo-velo arabaları” sözləri "əlilliyi olan şəxslər
üçün arabalar” sözləri ilə əvəz
edilsin;
6.1.4. 3.1.50-ci yarımbənddə
"əlillərin və sağlamlıq imkanları məhdud”
sözləri "əlilliyi olan şəxslərin, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək” sözləri ilə əvəz edilsin və
həmin yarımbənddən "tibbi, peşə-əmək
və sosial” sözləri çıxarılsın;
6.1.5. 3.1.51-ci yarımbənddə
"əlillərin və sağlamlıq imkanları məhdud”
sözləri "əlilliyi olan şəxslərin, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək” sözləri ilə və "əlillərin”
sözü "əlilliyi olan şəxslərin” sözləri
ilə əvəz edilsin;
6.1.6. 3.1.54-cü yarımbənddə
"əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların ictimai təşkilatları ilə əlillərin
və sağlamlıq imkanları məhdud uşaqların”
sözləri "əlilliyi olan şəxslərin
qeyri-hökumət təşkilatları ilə əlilliyi olan
şəxslərin” sözləri ilə əvəz edilsin;
6.2. həmin Fərmanla təsdiq
edilmiş "Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Əmək Müfəttişliyi Xidməti haqqında
Əsasnamə”nin 3.1.1-ci yarımbəndində "əlillərin”
sözü "əlilliyi olan şəxslərin” sözləri
ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 5, maddə 419;
2019, ¹ 5, maddə 847, ¹ 12, maddə 1936) ilə təsdiq
edilmiş "Uşaq hüquqlarının həyata
keçirilməsinə dövlət nəzarəti
Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
7.1. 2.3.8-ci yarımbəndə
"sağlamlıq imkanları məhdud” sözlərindən
sonra "18 yaşınadək uşaqların” sözləri əlavə
edilsin;
7.2. 2.5.1-ci yarımbəndə
"sağlamlıq imkanları məhdud” sözlərindən
sonra "18 yaşınadək” sözləri əlavə
edilsin və həmin yarımbənddə "əlil
kreslo-velo arabaları” sözləri "əlilliyi olan şəxslər
üçün arabalar” sözləri ilə əvəz
edilsin;
7.3. 2.5.2-ci yarımbənddə
"uşaqlarla bağlı məlumat bazasını təşkil
edir” sözləri "18 yaşınadək uşaqların
reyestrini elektron formada aparır” sözləri ilə əvəz
edilsin;
7.4. 2.5.3-cü (hər iki halda),
2.5.4-cü və 2.5.5-ci yarımbəndlərə
"sağlamlıq imkanları məhdud” sözlərindən
sonra "18 yaşınadək” sözləri əlavə
edilsin;
7.5. 2.5.6-cı yarımbəndə
"sağlamlıq imkanları məhdud” sözlərindən
sonra "18 yaşınadək” sözləri əlavə
edilsin və həmin yarımbənddə "əlillərin”
sözü "əlilliyi olan şəxslər
üçün” sözləri ilə əvəz edilsin;
7.6. 2.6.3-cü yarımbəndə
"sağlamlıq imkanları məhdud” sözlərindən
sonra "18 yaşınadək” sözləri əlavə
edilsin və həmin yarımbənddə "sağlamlıq
imkanları məhdud idmançıların” sözləri
"əlilliyi olan idmançıların” sözləri ilə
əvəz edilsin.
8. "Əlilliyin və
uşaqların sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 85-IVQD
nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 420 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 4, maddə 289) ləğv edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 avqust 2020-ci il
Azərbaycan.- 2020.- 20 avqust.- S.2.