Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin
təsdiq edilməsi barədə” 2012-ci il
6 iyun tarixli 648
nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli
706 nömrəli, “Ümumi xəstəliklə,
hərbi xidmət dövründə xəstələnmə
ilə, əmək zədəsi və peşə xəstəliyi
ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar,
Çernobıl AES-də qəzanın ləğvi ilə
bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə
Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün
təsis edilməsi haqqında” 2014-cü il
17 mart tarixli 128
nömrəli, “Mənəvi Dəyərlərin Təbliği
Fondunun yaradılması haqqında” 2017-ci
il 10 oktyabr tarixli 1624 nömrəli, “Azərbaycan
Respublikasının Kiçik
və Orta Biznesin
İnkişafı Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” 2018-ci il 26
iyun tarixli 148 nömrəli,
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin
fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli
387 nömrəli, “Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli
500 nömrəli və “Mikro, kiçik və orta
sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli
istehsalının stimullaşdırılması məqsədilə
daxili bazar
araşdırmalarına dövlət dəstəyi
göstərilməsi Qaydası”nın təsdiq edilməsi
haqqında” 2019-cu il 29 may
tarixli 713 nömrəli fərmanlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 6, maddə
542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə
246, ¹ 8, maddə 909, ¹ 10, maddə
1155, ¹ 12, maddə 1514; 2014, ¹ 5, maddələr 477, 487, ¹ 9, maddə
1027, ¹ 12, maddə 1577; 2015, ¹ 3, maddə 271, ¹ 9, maddə
1005, ¹ 11, maddə 1322, ¹ 12, maddə 1448; 2016, ¹ 2 (II kitab),
maddə 273, ¹ 5, maddələr
859, 864, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464, ¹ 10, maddə
1647, ¹ 11, maddə 1835; 2017, ¹ 3, maddə 353, ¹ 4, maddə
545, ¹ 5, maddə 807, ¹ 8, maddə
1521, ¹ 10, maddə 1797; 2018, ¹ 2, maddələr 191, 215, ¹ 3, maddə
427, ¹ 4, maddə 659, ¹ 7 (I kitab),
maddə 1462, ¹ 10, maddə
2017, ¹ 12 (I kitab), maddələr
2538, 2596; 2019, ¹ 3, maddə 406, ¹ 4, maddə 655, ¹ 5, maddələr
820, 826, 848, 852, 857, ¹ 6, maddə 1037, ¹ 12, maddə 1936; 2020, ¹ 1, maddə
7) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 3.12.3-cü və
3.12.4-cü yarımbəndlərdə
"məhdud olan” sözləri "məhdud
18 yaşınadək” sözləri
ilə əvəz edilsin;
1.2. 4.6.8-ci yarımbənddə
"əlillərin, sağlamlıq
imkanları məhdud”
sözləri "əlilliyi
olan şəxslərin,
o cümlədən sağlamlıq
imkanları məhdud
18 yaşınadək” sözləri
ilə əvəz edilsin;
1.3. 4.6.9-cu yarımbənddə
hər üç halda "əlillərin” sözü "əlilliyi
olan şəxslərin,
o cümlədən sağlamlıq
imkanları məhdud
18 yaşınadək uşaqların”
sözləri ilə əvəz edilsin;
1.4. 4.6.15-ci yarımbəndə
"məhdud” sözündən
sonra "18 yaşınadək”
sözləri əlavə
edilsin;
1.5. 4.13.5-ci yarımbənddə
"o cümlədən fiziki
cəhətdən qüsurlu
şəxslərə” sözləri
"əlilliyi olan şəxslərə, o cümlədən
sağlamlıq imkanları
məhdud 18 yaşınadək
uşaqlara” sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 9, maddə
858; 2013, ¹ 2, maddə 109, ¹ 3, maddə 254, ¹ 4, maddə
377; 2014, ¹ 2, maddə 117, ¹ 5, maddə 486, ¹ 9, maddələr
1027, 1044, 1048; 2015, ¹ 6, maddə 708, ¹ 8, maddə 917, ¹ 10, maddə
1122; 2016, ¹ 2 (II kitab), maddə
251, ¹ 5, maddə 852, ¹ 8, maddə
1384, ¹ 9, maddə 1464; 2017, ¹ 2, maddə 174, ¹ 4, maddə
564, ¹ 5, maddə 809, ¹ 8, maddələr
1521, 1531; 2018, ¹ 3, maddə 437, ¹ 6, maddə 1242, ¹ 10, maddə
2013, ¹ 11, maddə 2253; 2019, ¹ 1, maddə 61, ¹ 4, maddə
647) ilə təsdiq edilmiş "ASAN xidmət”
mərkəzlərinin fəaliyyətinin
təşkili və xidmətlərin göstərilməsi
Qaydaları”nın 4.5-ci bəndinin
ikinci abzasında
"əlillər və
sağlamlıq imkanları
məhdud” sözləri
"əlilliyi olan şəxslər, o cümlədən
sağlamlıq imkanları
məhdud 18 yaşınadək”
sözləri ilə əvəz edilsin.
3. "Ümumi xəstəliklə, hərbi
xidmət dövründə
xəstələnmə ilə,
əmək zədəsi
və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar
keçirilən zonada
olmaqla əlaqədar,
Çernobıl AES-də
qəzanın ləğvi
ilə bağlı səbəblərdən I qrup
əlilliyi olan şəxslərə Azərbaycan
Respublikası Prezidentinin
təqaüdü”nün təsis
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
17 mart tarixli 128 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 3, maddə
249; 2016, ¹ 1, maddə 70; 2018, ¹ 4, maddə 669; 2019, ¹ 4, maddə
642) adında və
1-ci hissəsində "qrup”
sözü "dərəcə”
sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 10, maddə
1791) ilə təsdiq edilmiş "Mənəvi
Dəyərlərin Təbliği
Fondunun Nizamnaməsi”nin
2.2.7-ci yarımbəndində "əlillərinə” sözü
"ilə əlaqədar
əlilliyi müəyyən
edilmiş şəxslərə”
sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 6, maddə
1238, ¹ 10, maddə 1991, ¹ 11, maddə 2287; 2019, ¹ 3, maddə
411, ¹ 4, maddə 619, ¹ 5, maddələr
839, 855, ¹ 6, maddə 1027, ¹ 12, maddə 1921; 2020, ¹ 1, maddə
5, ¹ 2, maddə 100) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin Nizamnaməsi”nin
3.2.9-cu yarımbəndində "əlillər” sözü
"əlilliyi olan şəxslər” sözləri
ilə əvəz edilsin.
6. "Dayanıqlı
və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 12 (I kitab), maddə
2544; 2019, ¹ 7, maddələr 1213, 1233, ¹ 12,
maddə 1935) aşağıdakı
dəyişikliklər edilsin:
6.1. həmin
Fərmanla təsdiq edilmiş "DOST” mərkəzlərində
göstərilən xidmətlərin
siyahısı”nın "Xidmətlərin
adı” sütunu üzrə:
6.1.1. 3-cü hissə
üzrə:
1. 3.1-ci bəndə
"sağlamlıq” sözündən
əvvəl "18 yaşınadək
uşaqların” sözləri
əlavə edilsin;
2. 3.2.2-ci yarımbənddə
"əlillərin” sözü
"əlilliyi olan şəxslərin” sözləri
ilə əvəz edilsin;
3. 3.4-cü bənddə
"əlillərin və”
sözləri "əlilliyi
olan şəxslərin,
o cümlədən” sözləri
ilə əvəz edilsin;
6.1.2. 5-ci hissə
üzrə:
1. 10.1-ci bənddə
"əlil uşağına”
sözləri "əlilliyi
müəyyən edilmiş
övladına” sözləri
ilə əvəz edilsin;
2. 12.2-ci bənd aşağıdakı redaksiyada
verilsin:
"müharibə
və ya 1990-cı il 20 Yanvar
hadisələri ilə
əlaqədar əlilliyi
müəyyən edilmiş
şəxslərin uşaqlarına”;
3. 12.3-cü bənddə
"II qrup əlil olmuş” sözləri
"II dərəcə əlilliyi
müəyyən edilmiş”
sözləri ilə əvəz edilsin;
6.1.3. 7-ci hissə
üzrə:
1. 7.6-cı bənddə
və 7.6.3-cü yarımbənddə
"əlillərinə” sözü
"ilə əlaqədar
əlilliyi müəyyən
edilmiş şəxslərə”
sözləri ilə əvəz edilsin;
2. 7.6.1-ci, 7.6.2-ci və
7.6.4-cü yarımbəndlərdə
"əlil olanlara” sözləri "əlilliyi
müəyyən edilmiş
şəxslərə” sözləri
ilə əvəz edilsin;
3. 7.7-ci bənddə
"əlil olmuş”
sözləri "əlilliyi
müəyyən edilmiş”
sözləri ilə əvəz edilsin;
4. 7.9-cu bənddə
"qrup” sözü
"dərəcə” sözü
ilə əvəz edilsin;
6.2. həmin Fərmanla təsdiq edilmiş "DOST” mərkəzlərində
xidmət göstərilməsi
Qaydası”nın 3.3-cü bəndində
"Əlillərin və”
sözləri "Əlilliyi
olan şəxslərin,
o cümlədən” sözləri
ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 1, maddə
90, ¹ 11, maddə 1719) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nda aşağıdakı
dəyişikliklər edilsin:
7.1. 2-ci hissənin
65-ci abzasında "əlillərə”
sözü "əlilliyi
olan şəxslərə”
sözləri ilə və hər iki halda "əlil” sözü ismin müvafiq hallarında "əlilliyi
olan şəxs” sözləri ilə əvəz edilsin;
7.2. 7.1.63-cü yarımbənddə
"əlillərinin” sözü
"ilə əlaqədar
əlilliyi olan şəxslərin” sözləri
ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 29 may tarixli
713 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, ¹ 5, maddə 865) ilə
təsdiq edilmiş
"Mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin rəqabətqabiliyyətli
istehsalının stimullaşdırılması
məqsədilə daxili
bazar araşdırmalarına
dövlət dəstəyi
göstərilməsi Qaydası”nın
2.10.9-cu yarımbəndində "əlillər” sözü
"əlilliyi olan şəxslərin” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 avqust 2020-ci il
Azərbaycan.- 2020.- 20 avqust.-
S.3.