Mədəniyyət Nazirliyi ilə ABŞ-ın ölkəmizdəki səfirliyi arasında anlaşma memorandumu imzalanıb

 

Avqustun 19-da Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanıAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə ABŞ-ın Azərbaycandakı Səfirliyi arasındaAmerika guşələriproqramı çərçivəsində əməkdaşlıq haqqındaanlaşma memorandumu imzalanıb.

Anar Kərimov Azərbaycanla ABŞ arasında humanitar sahədə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bu sahədə geniş imkanların olduğunu bildirib.

Xatırladaq ki, nazirliklə səfirlik arasında 2017-ci ildə imzalanan anlaşma memorandumuna əsəsən, Gəncə şəhəri, Salyan, Xaçmaz Kürdəmir rayon mərkəzi kitabxanalarındaAmerika guşələriyaradılıb. Qarşılıqlı razılıq əsasında növbəti üç il müddətinə yeni sənəd imzalanıb. Anlaşma Memorandumu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ABŞ-ın Azərbaycan Respublikasında Səfirliyi 2020 – 2023-cü illərdə Gəncə şəhəri, Salyan, Xaçmaz Kürdəmir rayon mərkəzi kitabxanalarındaAmerika guşələrikimi tanınan ictimai informasiya fəaliyyət mərkəzlərini dəstəkləməkdə birgə əməkdaşlığının davam etdirilməsini nəzərdə tutur.

Sənədə əsasən, Mədəniyyət Nazirliyi guşələrin fəaliyyət göstərməsinə dəstəyi təmin edəcək. Öz növbəsində səfirlik guşələri Birləşmiş Ştatlar haqqında, habelə ikitərəfli maraqlara uyğun mövzularda çap edilmiş ədəbiyyat internet əsaslı elektron resurslarla, ABŞ-ın dövri mətbuatına abunə Amerika filmlərinin nümayişinə icazəni nəzərdə tutan lisenziya ilə təmin etməyi üzərinə götürür. Hər bir guşənin veb-saytının fəaliyyəti mütəmadi qaydada yenilənməsi səfirlik tərəfindən həyata keçiriləcək. Eyni zamanda, nazirlik səfirliyin birgə əməkdaşlığı ilə guşələrin işçiləri üçün treninq məşvərətlər təşkil ediləcək.

Səfir Örl Litzenberqer layihənin regionlarda yaşayan azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitə olduğunu qeyd edib. Səfir anlaşma memorandumunun yenidən imzalanmasının əhəmiyyətini bildirib.

Ölkəmizin mədəniyyət tarixi abidələrinin bərpasına səfirliyin ənənəvi dəstəyinin davam etdirilməsi mədəniyyət sahəsində menecerlərin yetişdirilməsi üçün birgə treninq layihələrinin həyata keçirilməsi, mədəniyyət sahəsində rəqəmsallaşmanın inkişafı ilə bağlı əməkdaşlığın gücləndirilməsi, yaradıcı sənayelərin inkişafı üçün təcrübə mübadiləsinin aparılması ilə bağlı mövcud əməkdaşlığın daha da genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan incəsənət xadimlərinin ABŞ-da keçirilən konsertlərdə iştirak etdiyi, eyni zamanda, ABŞ sənətçilərinin Bakıda keçirilən caz festivallarında çıxış etdiyi diqqətə çatdırılıb.

 

Azərbaycan.- 2020.-20 avqust.- S.6.