Molla Nəsrəddin”in ən fəal yazarı

 

 Əbdürrəhim bəy Haqverdiyev - 150

 

Dövrün əksər ziyalılarını öz ətrafında birləşdirən "Molla Nəsrəddin”in yazarlarından biri Əbdürrəhim bəy Haqverdiyev olmuşdur. Mollanəsrəddinçi mühərrirlərin çoxundan fərqli olaraq, Ə.Haqverdiyev jurnalda çap olunanda artıq tanınmış yazıçı-dramaturq idi.

"Molla Nəsrəddinjurnalı isə ədibin daxilində gizlənmiş, yatıb qalan yeni cəhətini, onun kəskin gülüş qabiliyyətini, satirik-yumoristik istedadını üzə çıxardı.

Onun "Ceyranəli”, "Xortdan”, "Həkimi-nuni-səqir”, "Lağlağı”, "Mozalan”, "Süpürgəsaqqal s. imzalarla "Molla Nəsrəddinjurnalında bir sıra hekayələri, felyetonları dərc edilmişdir.

Ədib 1907-ci ilin yanvar ayından başlayaraq burada Azərbaycan nəsrinin klassik nümunələrindən olan "Cəhənnəm məktubları”nı çap etdirmişdir. "Molla Nəsrəddinjurnalında çap olunan "Cəhənnəm məktubları” (1907), "Bomba” (1908), "Mozalan bəyin səyahətnaməsi” (1908) "Marallarımadı altında gedən hekayələrdə ədib dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vermişdir.

 

Azərbaycan.- 2020.- 20 avqust.- S.7.