Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti
iclası keçirilib
Avqustun 20-də Azərbaycan Respublikasının
Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri
Əli Əsədovun
sədrliyi ilə şuranın videoformatda növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin
Mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
iclasda Azərbaycan Respublikası Dövlət
Neft Fondunun 2020-ci ilin yeddi ayı
ərzində fəaliyyətinin
yekunları və fondun 2020-ci il
üçün büdcəsinə
ediləcək dəyişikliklər
müzakirə edilib. Həmçinin iclasda yeni çağırışlar fonunda
Dövlət Neft Fondunun uzunmüddətli dayanıqlılığı məsələləri
də ətraflı müzakirə olunub.
Dünya bazarında
neftin qiymətinin dəyişməsi, OPEC+ anlaşması
üzrə hasilatın
azalması və dövlət büdcəsinin
dürüstləşməsi ilə əlaqədar Neft Fondundan büdcəyə əlavə
transfert edilməsi Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə
də yenidən baxılması zərurətini
yaradıb.
Dövlət Neft Fondunun büdcəsinə
dəyişikliyi nəzərdə
tutan layihə Müşahidə Şurası
tərəfindən məqsədəmüvafiq
hesab olunub və Azərbaycan Respublikasının Prezidentinə
təqdim edilməsi barədə qərar qəbul edilib.
Azərbaycan.- 2020.- 21 avqust.- S.2.