Bolqarıstanın xəbər agentliyi Hikmət Hacıyevin Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı şərhini yayıb

 

Bolqarıstanın aparıcı KİV-lərindən olan "Cross” xəbər agentliyi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı şərhi əsasında məqalə yayıb. Məqalədə Hikmət Hacıyevin Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal etməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə baxmayaraq, Ermənistanın hələ də öz ordusunu işğal etdiyi ərazilərdən geri çəkməməsi, Ermənistanın işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyəti, o cümlədən qeyri-qanuni məskunlaşma siyasəti, 2016-cı ilin Aprel döyüşləri, Ermənistanın işğal faktını öz müqəddəratını təyinetmə prinsipi ilə ört-basdır etməyə çalışması ilə bağlı fikirləri yer alıb. Yazıda ATƏT-in Minsk qrupu həmsədrlərinin və beynəlxalq ictimaiyyətin bu sənədə sərt reaksiya verməsi ilə bağlı çağırış əks olunub

 

Azərbaycan. -2020.- 21 avqust.- S.3.