“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 9, maddə
858; 2013, ¹ 2, maddə 109, ¹ 3, maddə 254, ¹ 4, maddə
377; 2014, ¹ 2, maddə 117, ¹ 5, maddə 486, ¹ 9, maddələr
1027, 1044, 1048; 2015, ¹ 6, maddə 708, ¹ 8, maddə 917, ¹ 10, maddə
1122; 2016, ¹ 2 (II kitab), maddə
251, ¹ 5, maddə 852, ¹ 8, maddə
1384, ¹ 9, maddə 1464; 2017, ¹ 2, maddə 174, ¹ 4, maddə
564, ¹ 5, maddə 809, ¹ 8, maddələr
1521, 1531; 2018, ¹ 3, maddə 437, ¹ 6, maddə 1242, ¹ 10, maddə
2013, ¹ 11, maddə 2553; 2019, ¹ 4, maddə 647) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 5.1-ci bəndə
"qeydiyyatı” sözündən
sonra "ilə bağlı” sözləri
əlavə edilsin;
1.2. Aşağıdakı
məzmunda 5.1.9-cu yarımbənd
əlavə edilsin:
"5.1.9. vətəndaşlıq vəziyyəti
aktlarının qeydindəki
səhvlərin düzəldilməsi
və onlarda dəyişiklik edilməsi,
vətəndaşlıq vəziyyəti
aktları qeydlərinin
ləğvi, vətəndaşlıq
vəziyyəti aktlarının
itmiş qeydlərinin
bərpası;”;
1.3. 5.10-cu və
5.11-ci bəndlər aşağıdakı
redaksiyada verilsin:
"5.10. gömrük işi sahəsində xidmətlərin
göstərilməsi ilə
bağlı:
5.10.1. xarici
ticarətin gömrük
statistikası barədə
məlumatların verilməsi;
5.10.2. gömrük
qanunvericiliyi ilə bağlı məsləhət
və məlumatların
verilməsi;
5.11. miqrasiya
sahəsində xidmətlərin
göstərilməsi ilə
bağlı:
5.11.1. əcnəbilərə
və vətəndaşlığı
olmayan şəxslərə
Azərbaycan Respublikasının
ərazisində müvəqqəti
və daimi yaşamaq üçün
icazələrin, habelə
haqqı ödənilən
əmək fəaliyyətini
həyata keçirmələri
üçün iş
icazələrinin verilməsi;
5.11.2. şəxsin
Azərbaycan Respublikası
vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi
ilə bağlı sorğuların qəbulu və cavablandırılması;
5.11.3. əcnəbilərin
və vətəndaşlığı
olmayan şəxslərin
Azərbaycan Respublikasında
olduğu yer üzrə qeydiyyata alınması;
5.11.4. əcnəbilərin
və vətəndaşlığı
olmayan şəxslərin
Azərbaycan Respublikasında
müvəqqəti olma
müddətinin uzadılması;
5.11.5. Azərbaycan
Respublikasında yaşayan
şəxslərdən Azərbaycan
Respublikası vətəndaşlığına
qəbul, bərpa və Azərbaycan Respublikası vətəndaşlığından
çıxma məsələlərinə
dair vəsatətlərin
qəbul edilməsi;
5.11.6. Azərbaycan
Respublikası Dövlət
Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemindən həmin Xidmətin fəaliyyət istiqamətləri
üzrə arayışların
verilməsi;”;
1.4. 5.11-1-ci və
5.11-2-ci bəndlər ləğv
edilsin;
1.5. 5.17-ci bənddə
"ilə bağlı
əməliyyatların qeydiyyatı”
sözləri "sahəsində
xidmətlərin göstərilməsi
ilə bağlı” sözləri ilə əvəz edilsin;
1.6. 5.19.3-cü yarımbəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
5.20-ci bənd əlavə
edilsin:
"5.20. kənd təsərrüfatı
sahəsində xidmətlərin
göstərilməsi ilə
bağlı:
5.20.1. fermerlərin,
təchizatçıların və tədarükçülərin,
habelə kənd təsərrüfatı sahəsində
fəaliyyət göstərən
digər subyektlərin
Elektron Kənd Təsərrüfatı İnformasiya
Sistemində qeydiyyatı;
5.20.2. fermerlərə
bitkiçilik sahəsində
subsidiyaların verilməsi
ilə bağlı sənədlərin Elektron
Kənd Təsərrüfatı
İnformasiya Sisteminə
daxil edilməsi üçün qəbulu.”;
1.7. 6-cı hissədən
"Vergilər Nazirliyinə,”
sözləri çıxarılsın
və həmin hissədə "Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsinə” sözləri
"Kənd Təsərrüfatı
Nazirliyinə” sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
21 avqust 2020-ci il
Azərbaycan.- 2020.- 22 avqust.-
S.3.