Azərbaycan daha işıqlı və
güclü olacaq
Prezident İlham Əliyev: "Bu gün tam
əminliklə deyə bilərəm ki,
ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf
dövrünü yaşayır”
Axşam düşür. Hava yavaş-yavaş qaralır. Həyət-bacadakılar, yol-irizdəkilər iti addımlarla evə dönürlər. Hətta günün başqa saatları küçədən yığışmayan uşaqları da çağırmağa ehtiyac qalmır.
Gözlər saatdadır. Uşaqlar televizorun qarşısında yerlərini rahatlayır, evin xanımı gündüz həyətdəki ocaqda bişirdiyi yeməyi qızdırmaq üçün hələ közərməyən elektrik plitəsinin üstünə qoyur, kişi isə oduna qənaət etməkdən ötrü sobanı söndürüb "əldəqayırma” elektrik qızdırıcını hazırlayır.
Və nəhayət, gözlənilən an yetişir... işıqlar yanır. Uşaqlar sevincdən əl çalır, anaları tələm-tələsik süfrə açır, ataları isə evin istiliyini qorumaq üçün qapı-pəncərəni bərk-bərk bağlayır və sonra da ailə süfrə arxasına keçir. Hamısı da bilir ki, işığın verildiyi 2-3 saatdan maksimum istifadə etmək lazımdır. Çünki 2-3 saatdan sonra onları yenidən 20-22 saatlıq qaranlıq həyat gözləyir.
Bu mənzərə hansısa bədii təxəyyülün məhsulu yox, ən yaxın keçmişimizin reallıqlarıdır. Bəlkə də cavanlar bu reallıqlara inanmasınlar. Çünki onlar özlərini, ətrafda baş verənləri dərk edəndən Azərbaycan o Azərbaycan deyil. Bir vaxtlar işıqsız, qazsız, susuz, yolsuz, işsiz olmuş Azərbaycan indi xaricə elektrik enerjisi, təbii qaz ixrac edir, yollarımız dünyanın ən qabaqcıl, oturuşmuş ölkələrinin yolları ilə müqayisə olunur, kəskin su və iş yeri problemimiz də yoxdur.
Amma indiki mürəkkəb zamanda bunlar kifayət etmir. Xüsusən enerji təhlükəsizliyinin
təminatı qlobal dünyanı ən çox rahatsız edən və bu üzdən ən çox diqqət yetirilən məsələ sayılır.
Azərbaycanı bu sarıdan bəxtli ölkə hesab etmək olar. Həm təbiətin bəxş
etdiyi neft-qaz ehtiyatları, həm də bu ehtiyatlardan
səmərəli istifadə
etmək üçün
həyata keçirilən
dövlət siyasəti
ölkəmizin enerji təhlükəsizliyinə təminat
vermişdir. Həmin çərçivədə
həyata keçirilən
qlobal layihələr sayəsində ölkəmizin
enerji təchizatı xeyli yaxşılaşmışdır.
Bu sırada bir
neçə misal çəkmək istərdik.
Elektrik stansiyalarının da tikintisinin nəzərdə
tutulduğu ilk regional inkişaf
Dövlət Proqramının
qəbul olunduğu
2004-cü ildən indiyədək
Azərbaycanda 30-dan çox
enerji obyektləri inşa edilmişdir.
Onların arasında
525 meqavat gücündə
olan "Sumqayıt”,
800 meqavatlıq "Cənub”,
400 meqavatlıq "Şimal-2”, 300 meqavatlıq "Səngəçal”
kimi iri elektrik stansiyaları var. Üstəlik, Cənubi Qafqazın ən böyük stansiyası olan "Mingəçevir”
İES də bu gün tam gücü ilə işləyir. 600 meqavat generasiya
gücü bərpa edildikdən sonra İES
2400 meqavatlıq güclə
yenidən Azərbaycanın
əsas və etibarlı enerji mənbəyidir.
Lakin elektroenergetika bir yerdə dayanmamalıdır,
xüsusən də iqtisadiyyatı dinamik inkişaf edən və əhalisi stabil artan ölkələrdə. Bu səbəbdən dövlət
başçısı tərəfindən
"Azərenerji” ASC-nin
qarşısında sənayeləşmə
prosesi və ölkənin demoqrafik vəziyyəti nəzərə
alınmaqla gələcəkdə
generasiya güclərinə
tələbatın müəyyən
edilməsi və onun vaxtında qarşılanması kimi konkret vəzifə qoyulmuşdur. "Qobu” Elektrik Stansiyasının generasiya
mənbəyi olaraq yaradılması da həmin vəzifələrin
komponentlərindəndir.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev avqustun 21-də
1000 meqavat yükgötürmə
gücünə malik
"Qobu” yarımstansiyasının
tikintisi ilə tanış olmuşdur. Dövlət başçısına məlumat
verilmişdir ki,
330/220/110 kilovoltluq yarımstansiyanın
inşası qrafik üzrə davam edir. Bildirilmişdir ki, hasil olunan
elektrik enerjisinin enerjisistemə ötürülməsi,
Bakının və Abşeron yarımadasının
enerji təchizatında
"Abşeron” yarımstansiyasından
asılılığın aradan qaldırılması,
istehlakçıların fasiləsiz
və dayanıqlı
enerji təchizatının
təmin edilməsi, ölkə ərazisində
330 kilovoltluq dairəvi
elektrik təchizat sxeminin yaradılması üçün "Qobu”
yarımstansiyası müstəsna
rola malikdir.
"Azərenerji”
ASC-nin prezidenti Baba Rzayevin sözlərinə
görə, "Qobu”nun
xüsusi özəlliyi
ondan ibarətdir ki, o, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiya olan və ən əsası, Azərbaycanın
strateji yarımstansiyası
hesab edilən 500 kilovoltluq "Abşeron”un
əvəzedici funksiyasını
daşıyacaq. B.Rzayev dövlət
başçısına onu
da məlumat vermişdir ki, "Qobu” yarımstansiyasının
enerjisistemə inteqrasiyasının
iki mərhələdə
həyata keçirilməsi
nəzərdə tutulur.
Yarımstansiya ilə tanışlıqdan sonra
385 meqavatlıq "Qobu”
Elektrik Stansiyasının
təməlini qoyan Prezident
İlham Əliyev bildirmişdir ki, bu stansiyanın
inşası yaxın
illər Azərbaycanda
fəaliyyətə başlayacaq
bir sıra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən
Ələt qəsəbəsinin
yaxınlığında yaradılacaq
"Azad İqtisadi Zona”nın
etibarlı elektrik enerjisi ilə təchizatında mühüm
rol oynayacaq.
Yeri gəlmişkən onu da bildirək ki, "Qobu” layihəsinə dünyanın
məşhur şirkətləri
yüksək rəy verməklə yanaşı,
onun tikintisində də fəal iştirak edirlər. Bu və
ümumiyyətlə, xarici
investorların Azərbaycanın
elektrik enerjisi sektoruna maraq göstərmələri barədə
İlham Əliyev tədbirdəki çıxışında
belə demişdir:
"Sevindirici hal ondan ibarətdir ki, bu gün
dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda
bərpaolunan enerji növlərinin istehsalına
maraq göstərir və artıq bu maraq reallaşır”.
Sözügedən istiqamətdə
ilin əvvəlində
iki böyük beynəlxalq şirkətlə
440 meqavatlıq Günəş
və külək elektrik stansiyalarının
tikintisi ilə əlaqədar müvafiq sənədlərin imzalandığını
deyən dövlət
başçısı ilin
sonunacan qalan bütün sənədlərin
imzalanacağına və
stansiyaların inşasına
start veriləcəyinə ümid
etdiyini bildirmişdir.
Bu barədə danışan Prezidentin sözlərindən bir vacib və maraqlı
məqam da məlum olmuşdur: "Azərbaycanda 440 meqavat gücündə bərpaolunan
enerji növlərinin
yaradılması, özü
də Azərbaycan dövləti tərəfindən
bir manat vəsait qoyulmadan reallaşdırılması bizə
olan inamın təzahürüdür, həmçinin
Azərbaycanın sabit
gələcəyinə, inkişafına
olan inamın təzahürüdür”.
Amma Prezident bununla da kifayətlənmir
- yerli və xarici investorları Azərbaycanın enerji sektoruna daha çox sərmayə qoymağa dəvət edir: "Yerli və xarici şirkətlərə bildirmək
istərdim ki, biz ənənəvi enerji növlərinin istehsalı
ilə əlaqədar
işlərimizi davam etdirmək əzmindəyik.
Biz xarici və
yerli investorları istilik elektrik stansiyalarının tikintisinə
dəvət edirik.
O cümlədən onları
su elektrik stansiyalarının və
bərpaolunan enerji stansiyalarının tikintisinə
cəlb etmək istəyirik”.
Ardınca dövlət
başçısı bu
dəvətin sərmayəçilər
üçün sərfəli
və etibarlı olduğunu bildirir, dediklərini konkret faktlarla əsaslandırır:
"Bu gün Azərbaycanda
investisiya qoyuluşu sahəsində çox böyük işlər görülür, Azərbaycanda
biznes mühiti yaxşılaşır.
"Doing Business” proqramında biz tarixi nailiyyətlərə
çata bilmişik.
Dünya
Bankı tərəfindən
hazırlanan bu reytinq cədvəlində
Azərbaycan artıq qabaqcıl yerlərdədir”.
Ölkəmizin həmçinin
dayanıqlı inkişaf
baxımından çox
böyük irəliləyişə
nail olduğunu deyən
Prezident BMT-nin Dayanıqlı İnkişaf
İndeksinə görə
də Azərbaycanın
ildən-ilə mövqeyini
yaxşılaşdırdığını
xatırlatmış və
bütün bunların
nəticəsinə diqqət
çəkmişdir: "Ona
görə Azərbaycan
bu gün sərmayələr üçün
çox cəlbedici ölkə olaraq qalır və bu sahə - elektroenergetika sahəsi, hesab edirəm ki, çox böyük maraq doğurur və artıq həyat bunu təsdiqləyir”.
Raqif MƏMMƏDLİ
Azərbaycan.- 2020.- 23 avqust.- S.1; 3.