Neft-qaz sənayesində milli işçi qüvvəsi yetişdirmək
yenə də gündəmdədir
"Əsrin müqaviləsi” imzalandıqdan sonrakı ilk illərdə saziş çərçivəsində dənizdə və quruda həyata keçirilən layihələrdə çalışanların 90 faizi xarici vətəndaşlar idi. İşçilərin yalnız 10 faizini yerli sakinlər təşkil edirdi. Hədəf isə nisbəti dəyişdirmək idi. Tikinti, əməliyyat və ofis işlərində çalışanların 90 faizinin Azərbaycan vətəndaşlarından ibarət olması qarşıya məqsəd qoyulmuşdu.
Bunun gerçəkləşəcəyinə çoxları inanmırdı. Xüsusilə müxalifət nümayəndələri layihələrdə çalışanların əksəriyyətinin öz mütəxəssislərimiz, texniklərimiz və fəhlələrimiz olacağına şübhə ilə yanaşdıqlarını açıq və qərəzli şəkildə bəyan edirdilər.
Zaman isə öz sözünü dedi. Məsələn, Azərbaycanda ən
iri neft-qaz və ixrac layihələrinin
əməliyyatçısı olan BP-nin ixtisaslı
işçilərinin 90 faizini
2018-ci ilin ortalarından
milli kadrlar təşkil edir. İxtisas tələb olunmayan işlərdə çalışanların
isə hamısı Azərbaycan vətəndaşıdır.
BP-nin bu
ilin birinci yarısına aid olan hesabatında bildirilir ki, hazırda şirkətdə çalışan
ölkə vətəndaşlarının
sayı 2485 nəfərdir.
Buraya müddətli müqavilə
əsasında işləyənlər
də daxildir.
İndi şirkətin təkcə
ofisindəki işçilərin
deyil, podratçı
və subpodratçı
müəssisələrində çalışanların da
tərkibinin 90 faizi milliləşdirilib. Əməliyyatçı şirkət daim
bəyan edir ki, Azərbaycandakı uzunmüddətli uğurlar
istedadlı və müxtəlifyönlü əməkdaşlarının
olmasından asılıdır.
Odur ki, təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksəksəviyyəli kadrlar
üzrə yerli bazarı daha da yaxşılaşdırmaq
məqsədilə dövlət
və özəl sektorun təşəbbüslərində
yaxından iştirak etmək səyləri davamlı xarakter daşıyır. Başqa sözlə, Azərbaycanda
güclü milli işçi qüvvəsi
yetişdirmək şirkətin
əsas prioritetlərindən
biri olaraq qalır. İş təcrübəsi az olan və
ya heç olmayan gənclərin təliminə sərmayə
qoyulur, yeni istedadlar cəlb edilir və bütün karyera səviyyələrində işçilərə
geniş çeşiddə
inkişaf imkanları
təklif edilir.
Prezident İlham
Əliyev "Əsrin
müqaviləsi”nin imzalanmasının tarixini
xatırlayaraq bu məsələyə də
böyük önəm
vermiş və demişdir: "Danışıqlar
çox gərgin keçirdi, bir çox problemlər var idi. Hər iki
tərəf istəyirdi
ki, özü üçün ən məqbul şərtləri
əldə etsin.
Nəticə etibarilə biz, hesab
edirəm ki, çox məqbul kompromisə gələrək
Azərbaycan üçün
ən gözəl şərtləri əldə
etdik. O şərtlər
bugünkü pay bölgüsündə
öz əksini tapıb. Bu gün
mənfəət neftinin
75-80 faizi Azərbaycana
çatır. Baxmayaraq ki,
Azərbaycan yatağın
işlənməsinə vəsait
qoymayıb. O vaxt
biz müqaviləyə belə
bir maddə saldıq ki, vaxt keçdikcə işləyən insanların
ən azı 90 faizi Azərbaycan vətəndaşları olmalıdır,
buna da nail olduq. Bu da kadr hazırlığı
deməkdir. Bu gün yaxşı təlim keçmiş kadrlar müxtəlif ölkələrdə işləyirlər,
bizdə işləyirlər”.
Hazırda bir çox azərbaycanlı neft-qaz mütəxəssisi Böyük
Britaniya, İraq, Rusiya və digər ölkələrdə
müxtəlif vəzifələrə
təyin olunaraq yüksək peşəkarlıq
və səriştə
nümayiş etdirir. Onlar həm
quru, həm də dəniz əməliyyatları üzrə
ixtisaslaşıb.
Əslində, Azərbaycandan olan işçilərin xaricdə,
əcnəbilərin isə
ölkəmizdə məqbul
nisbətdə beynəlxalq
təyinatı inkişaf
üçün faydalıdır. Azərbaycanda həyata keçirilən
neft-qaz və ixrac layihələrində
Birləşmiş Krallıqdan,
ABŞ-dan, Braziliyadan,
Kanadadan, Misirdən və digər ölkələrdən olan
onlarca mütəxəssisin
müvəffəqiyyətlə çalışması buna
misaldır.
Prezident İlham Əliyev yüksək peşə təlimi keçərək
neft-qaz layihələrində
bilik və bacarıq nümayiş etdirən insanların çox böyük işlər gördüyünü,
ölkəmizin inkişafına
böyük töhfə
verdiyini dəfələrlə
vurğulayıb. Azərbaycanın beynəlxalq layihələrdə
çalışan yüksəkixtisaslı
mütəxəssislərini böyük sərvət adlandırıb və qeyd edib ki,
neft, qaz tükənən sərvətlərdir.
İntellektual potensial, bilik,
savad, səriştə,
təcrübə isə
dəyişməz sərvətdir.
Odur ki, milli işçi
qüvvəsi yetişdirmək
daim gündəmdə
olan məsələlərdəndir. Əsas şərt
işçinin düzgün
seçilməsidir. Bu
səbəbdən də
əməkdaşların işə
götürülməsində, vəzifədə irəli
çəkilməsində hər kəsə qabiliyyətinə görə
imkan yaratmaq öhdəlik kimi qəbul olunub.
Flora SADIQLI
Azərbaycan.- 2020.- 23 avqust.- S.1; 3.