Prezident İlham Əliyev Fikrət
Qocanın Azərbaycan ədəbiyyatının
inkişafındakı xüsusi xidmətlərini
yüksək qiymətləndirir
Avqustun 24-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi
Fikrət Qocaya telefonla zəng edib.
Dövlətimizin başçısı Fikrət Qocanı yubiley münasibətilə təbrik edib, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Fikrət Qocanın Azərbaycan ədəbiyyatının inkişafındakı xüsusi xidmətlərini qeyd edərək onun əsərlərinin geniş oxucu auditoriyası tərəfindən həmişə böyük maraqla izlənildiyini vurğulayıb. Dövlətimizin başçısı Fikrət Qocanın "İstiqlal” ordeni ilə təltif olunduğunu deyib və bu münasibətlə də təbriklərini çatdırıb.
Xoş sözlərə və
təbriklərə görə dərin minnətdarlığını
bildirən Fikrət Qoca "İstiqlal” ordeni ilə təltif
olunmasını dövlət tərəfindən onun yaradıcılığına verilən
yüksək qiymət kimi dəyərləndirib.
Ulu Öndərin Azərbaycan ədəbiyyatına
və mədəniyyətinə daim böyük diqqət və qayğı
göstərdiyini vurğulayan Fikrət Qoca Ümummilli Liderlə
görüşlərini məmnunluq hissi
ilə xatırlayıb. Fikrət Qoca bu ənənənin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və bir daha göstərilən
diqqətə görə minnətdarlığını bildirib.
Azərbaycan.-
2020.-25 avqust.- S.1.