Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında
Rusiya nümayəndə heyəti ilə görüş keçirilib
Avqustun 24-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin
(HDQ) komandanı kontr-admiral
Sübhan Bəkirovun Rusiya Federasiyası Hərbi Dəniz Donanması Baş Komandanının müavini
vitse-admiral Vladimir Kasatonovun
rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşü
keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə
Xəzər dənizində
hərbi əməkdaşlıq
məsələlərindən danışılıb, hər
iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin
təşkili və digər məsələlər
müzakirə edilib.
Sonra iştirakçı ölkələrin
nümayəndə heyətlərinin
rəhbərləri, hakimlər
komissiyasının üzvləri,
yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirilib.
Azərbaycan.- 2020.- 25 avqust.- S.2.