Azərbaycandakı dini
konfessiyaların rəhbərləri şəhidlərin xatirəsini
yad ediblər
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri — Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr və Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev, QMİ sədrinin birinci müavini, müfti Salman Musayev qəhrəman Vətən oğullarının xatirəsini yad etmək üçün ikinci Fəxri xiyabanda olublar.
QMİ-nin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
Ermənistan silahlı qüvvələrinin Tovuz
istiqamətində törətdiyi hərbi təxribatın
qarşısını alarkən şəhid olmuş
general-mayor Polad Həşimovun,
polkovnik İlqar Mirzəyevin
40-cı anım günündə onların məzarları
başında Vətənimizin bütün şəhidlərinin ruhları üçün Quran oxunub, Allahdan rəhmət
dilənib və məzarları üzərinə tər
çiçəklər düzülüb.
Azərbaycan.- 2020.- 25 avqust.- S.7.