Hərbi sahədə əməkdaşlıq
Azərbaycan-Rusiya münasibətlərinin tərkib hissəsidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli cənab nazir, sizi yenidən Azərbaycanda görməyimə şadam. Mən sizinlə əvvəlki görüşümüzü xatırlayıram. Təqribən bir il bundan əvvəl siz bizim ölkəmizə gəlmişdiniz. O vaxt Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilirdi. Bu gün Bakıda Ordu Oyunlarının bir hissəsi olan "Dəniz Kuboku” yarışı açılır. Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir və ənənəvi olaraq "Dəniz Kuboku” yarışlarına ev sahibliyi edir. Düşünürəm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Ordu Oyunlarının təşəbbüskarı Rusiyadır və əsas yarışlar da Rusiya ərazisində keçirilir. Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır. Bu məsələlər bizim dövlətlərarası münasibətlərimizin çox geniş gündəliyinin tərkib hissəsidir.
Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik. Sabah Azərbaycanın Xarici İşlər nazirinin Rusiya Federasiyasına rəsmi səfəri başlanır. Əminəm ki, xarici siyasət idarələrinin rəhbərləri arasında aparılacaq müzakirələr faydalı olacaq. Onlar münasibətlərimizdə yaranmış dinamikanı, habelə əlaqələrimizin inkişaf perspektivlərini müzakirə edəcəklər. Bir sözlə, dialoq gedir və şadam ki, siz yenə bizə gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm.
Rusiyanın Müdafiə naziri Sergey ŞOYQU dedi:
-Sağ olun hörmətli cənab Prezident. Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik
məsələlərini, həmçinin
bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri
müzakirə etmək
üçün yaxşı
fürsətdir. Burada prezidentlərə
məruzə etməli,
müzakirə olunmalı
məsələlər var. Bütün dünyanı
bürümüş pandemiya
təəssüf ki, bizim əməkdaşlıq
planlarımıza da təsir göstərir.
Lakin mən əminəm ki, bu gün
mənim həmkarım,
Azərbaycanın Müdafiə
naziri ilə pandemiya ucbatından gerçəkləşdirə bilmədiyimiz məsələlərin
əvəzini necə
çıxmağı və
bu gün mövcud olan qrafikə və rejimə necə daxil olmağı müzakirə edəcəyik.
Dünən Azərbaycan
heyəti start götürdü.
Biz onu
müşahidə edirdik. Heyət heç də pis start götürmədi. Mən tank biatlonunu nəzərdə
tuturam. Azərbaycan komandası qalan yarışlarda da
kifayət qədər yaxşı çıxış edir. Mən bu komandaya uğurlar arzu edirəm. Əlbəttə, bu tədbirlər və keçirilən sərgi
dünyada geniş
işıqlandırılır. Onu da qeyd etməmək olmaz ki, bizim
bu sərgidə göstərdiklərimiz bu gün üçün
ən müasir silahlardır. Bu gün biz
mənim həmkarımla bunu da müzakirə edəcəyik. Ümidvaram ki, əldən
çıxmış fürsətləri orada
bərpa etmək imkanı olacaq. Digər
tərəfdən bizi sevindirməyə
bilməz ki, Azərbaycan və onun komandası ənənəvi olaraq Xəzərdə keçirilən
yarışlara ev sahibliyi
edir. Bu yarışlar
həmişə yüksək səviyyədə keçirilir. Ona görə ki, burada
ənənəvi qonaqpərvərlik və bu
yarışların təşkili, əlbəttə, ən
yüksək səviyyədədir. Əvvəllər bu yarışlar on ölkədə
keçirilirdi, lakin təəssüf
ki, pandemiya səbəbindən
ölkələrin sayı beşə enib.
Xoşbəxtlikdən, Azərbaycan bu
beşlikdə qalıb. Sağ olun ki, bizimlə
görüşməyə vaxt və imkan tapmısınız.
Azərbaycan.- 2020.- 26 avqust.- S.1-2.