İlham Əliyev
və Mehriban Əliyeva 99 ailəyə mənzil
sevinci bəxş etdi
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində
yenidən tikilən
99 mənzildən ibarət
yeddimərtəbəli yataqxana
binasının açılışında
iştirak ediblər.
AZƏRTAC xəbər
verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış oldular.
Dövlətimizin başçısına və
birinci xanıma məlumat verildi ki, binadakı mənzillər 1, 2 və
3 otaqlıdır. Yeni yataqxana binası
"Azəriqaz” QSC-nin
"Bakqazmaş” zavodunun
qəzalı vəziyyətdə
olan beşmərtəbəli
yataqxanasının yerində
inşa edilib. Heydər Əliyev Fondunun nümayəndələri
2019-cu il noyabrın 11-də qəzalı
vəziyyətdə olan
binaya baxış keçirib və sakinlərlə görüşüblər.
Həmin vaxt binanın qəzalı və
yaşayış üçün təhlükəli vəziyyətdə
olduğu müəyyənləşdirilib. Sakinlər dərhal kirayə mənzillərə
yerləşdirilib, 2019-cu ilin dekabr ayından etibarən 8 ay ərzində
inşaat işləri aparılıb.
Heydər Əliyev Fondunun
layihəsi çərçivəsində tikilən
binadakı mənzillər tam təmirlidir və zəruri
avadanlıqla təchiz olunub.
Sakinlər onlar
üçün yaradılan yüksək şəraitə
görə Prezident İlham Əliyevə və birinci
xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını
bildiriblər.
Azərbaycan.- 2020.- 27 avqust.- S.1-2.