Prezidentdən və birinci xanımdan Qala məktəblilərinə növbəti hədiyyə

 

Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəb binasının avqustun 26-da açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı birinci xanım yeni təhsil ocağında yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, 216 nömrəli tam orta məktəb 624 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otaqları, hərbi hazırlıq otağı, informatika kabineti, idman akt zalları, kitabxana yeməkxana fəaliyyət göstərir. Məktəbdə videomüşahidə sistemi fiber-optik internet quraşdırılıb.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəbproqramı çərçivəsində inşa olunan bu təhsil müəssisəsinin həyətində geniş abadlıq işləri aparılıb.

 

Azərbaycan.- 2020.- 27 avqust.- S.1-2.