Ceyhun Bayramov: “Danışıqlar
konkret məsələlər ətrafında
aparılmalı, imitasiya xarakteri
daşımamalı, substantiv
olmalıdır”
Ermənistanın işğal etdiyi əzəli Azərbaycan torpaqlarından Azərbaycan əhalisi qovulub, onların evlərində xaricdən, o cümlədən Yaxın Şərqdən köçürülən ermənilər yerləşdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib. O vurğulayıb ki, bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Danışıqlar prosesinin imitasiya xarakteri daşımamasının, məhsuldar şəkildə aparılmasının vacibliyini qeyd edən azərbaycanlı nazir deyib: “Biz hesab edirik ki, kifayət qədər ciddi normativ baza mövcuddur və danışıqlar prosesi beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və digər təşkilatların sonrakı illər qəbul etdikləri sənədlər əsasında aparılmalıdır. Bu baxımdan, biz danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıyıq, lakin hesab edirik ki, danışıqlar olduqca konkret məsələlər ətrafında aparılmalı, imitasiya xarakteri daşımamalı, substantiv olmalıdır”.
Ceyhun Bayramov qeyd edib ki, danışıqlar prosesinin pozulmasına yönəldilən bütün hərəkətlər və bəyanatlar beynəlxalq birlik, ilk növbədə, ATƏT-in Minsk qrupu tərəfindən qınanmalıdır. Azərbaycanın danışıqlar prosesindəki konstruktiv mövqeyi real fəaliyyətə söykənir. Ərazilərinin 20 faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycan 30 ilə yaxındır ki, danışıqlar masası arxasındadır. Biz münaqişənin siyasi yolla həllinə tərəfdarıq.
Nazir Sergey Lavrov Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin, pandemiyaya baxmayaraq, cari ilin ilk aylarında artdığını söyləyib. O, regionlar arasında əlaqələrin əməkdaşlığa əsaslı töhfə verdiyini, xüsusilə Həştərxan vilayəti ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi üçün təkliflərin irəli sürüldüyünü vurğulayıb.
Rusiya XİN-in
başçısı növbəti Rusiya-Azərbaycan
Regionlararası Forumunun bu
ilin sonlarında Azərbaycanda keçiriləcəyini,
epidemioloji vəziyyətdən
asılı olaraq Rusiyada
Azərbaycan Mədəniyyəti Günlərinin tarixinin müəyyən ediləcəyini də
vurğulayıb.
Azərbaycan.-
2020.- 27 avqust.- S.4.