Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti zati-aliləri xanım Mehriban Əliyevaya
Çox hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə
Sizi səmimi-qəlbdən
təbrik edirəm. Bu gözəl gündə Sizə ən dərin ehtiramımı, istedadlı dövlət xadimi, beynəlxalq xadim və məlahətli
qadın kimi Sizə heyranlığımı
bildirirəm.
Tükənməz enerji və əməksevərlik,
ən doğru və səmərəli həlləri tapmaq istedadı, dürüstlük
və yüksək peşəkarlıq - bu keyfiyyətlər Sizin inkişafınıza
və yalnız irəli getməyinizə imkan verir. Siz praktiki
təcrübəniz, fəal
həyat mövqeyiniz,
əzmkarlığınız, nikbinliyiniz, geniş erudisiyanız və biliyiniz, qeyri-adi təşkilatçılıq qabiliyyətiniz sayəsində
Azərbaycanın inkişafına
çox böyük töhfə vermisiniz, bütün xalqın sevgisini və hörmətini qazanmısınız.
Mənim üçün Siz həmişə səmimilik,
xeyirxahlıq, müdriklik
və gözəllik təcəssümü olmusunuz,
bu gün də belədir və həmişə belə olacaq.
Əziz Mehriban Arif qızı,
icazə verin, Sizə səmimi-qəlbdən
cansağlığı, xoşbəxtlik,
firavanlıq, xoş əhvali-ruhiyyə, aydın
səma, çoxşaxəli
fəaliyyətinizdə uğurlar
arzulayım. Qoy, ömrünüzün hər günü dostlarınızın təbəssümü
və yaxınlarınızın
sevgisi ilə dolu olsun.
Sizə, ailənizə və işlərinizə həmişə
heyranam. Sizə və yaxınlarınıza
ən xoş arzularımı bildirirəm.
Dərin hörmətlə,
Tatyana ANODİNA,
Dövlətlərarası Aviasiya
Şurasının prezidenti,
Dövlətlərarası Aviasiya
Komitəsinin sədri
Azərbaycan.-
2020.- 28 avqust.- S.2.