Avropa İttifaqının “EU Politics”
portalında Birinci vitse-prezident
Mehriban Əliyeva barədə məqalə
dərc olunub
Avropa İttifaqının "EU
Politics” portalında Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva barədə məqalə dərc
olunub.
Portal AZƏRTAC-ın "Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsinə istinadla Mehriban Əliyevanın Azərbaycanın inkişafı istiqamətində mühüm işlər görməsindən, humanist, xeyirxah təşəbbüslər irəli sürməsindən, onun rəhbərliyi ilə çoxsaylı layihələrin reallaşdırılmasından bəhs edir. Vurğulanır ki, amalı xeyirxahlıq və kömək etmək olan birinci xanımın çoxşaxəli fəaliyyəti cəmiyyətin həyatında müsbət dəyişikliklərin baş verməsinə yönəlib. Azərbaycan tarixini, mədəni irsini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyət göstərən Mehriban Əliyevanın fəaliyyətində, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini xüsusi qeyd etmək olar. Onun yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycanın nüfuzlu tədbirlərə uğurla ev sahibliyi etməsi ölkənin reallıqlarının təbliği baxımından əhəmiyyət kəsb edir.
Yazıda Mehriban
Əliyevanın Birinci vitse-prezident
kimi gördüyü
işlərdən də bəhs olunur, onun bu vəzifədə fəaliyyətinin
ilk tədbirlərini yenə də humanist missiyaya köklədiyi
vurğulanır. Birinci vitse-prezidentin
çoxşaxəli və xoşməramlı fəaliyyətinin
həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirildiyi diqqətə
çatdırılır.
Azərbaycan.-
2020.- 28 avqust.- S.2.