Rumıniya mətbuatı Birinci vitse-prezident Mehriban
Əliyevanın fəaliyyəti barədə məqalələr
yayıb
Rumıniyanın aparıcı mətbuat orqanları, o cümlədən "AmosNews” xəbər agentliyi, "Ultima Ora” (Son saat) qəzeti, "News24hours” onlayn nəşri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məqalələr yayıb.
AZƏRTAC-ın "Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanan yazılarda qeyd olunur ki, müasir müstəqil Azərbaycanın inkişafına xidmət etmək, sosial məsələlərin həlli, şəfqət və mənəviyyat ideyalarına sədaqət, yardıma möhtac olanların dadına yetmək Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir. Vurğulanır ki, Mehriban Əliyeva Prezident İlham Əliyevlə çiyin-çiyinə Azərbaycanın dinamik inkişafına böyük töhfə verir.
Yazılarda Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi səmərəli fəaliyyətindən, beynəlxalq humanitar təşkilatlar olan UNESCO və ICESCO-nun xoşməramlı səfiri olaraq dünya mədəni irsinin qorunması, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması işinə verdiyi misilsiz töhfələrdən bəhs edilir. Vurğulanır ki, Birinci vitse-prezident sosial məsələlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə xüsusi diqqət göstərir.
Məqalələrdə,
həmçinin Birinci vitse-prezidentin
rəhbərliyi ilə COVID-19 pandemiyasına qarşı
mübarizə tədbirlərindən, Heydər Əliyev Fondunun dəstəyi ilə modul
tipli xəstəxanaların istifadəyə
verilməsindən bəhs olunur. Bundan başqa, Mehriban Əliyevanın çoxşaxəli və
xoşməramlı fəaliyyətinin həm Azərbaycanda, həm
də dünya miqyasında yüksək
qiymətləndirildiyi, onun bir çox beynəlxalq mükafatlara layiq görüldüyü vurğulanır.
Azərbaycan.-
2020.- 28 avqust.- S.2.