MDBMİ-nin rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə
“Rossiya-24” və “Rossiya-1” telekanallarında Prezident
İlham Əliyevin müsahibəsi
yayımlanıb
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə Rusiyanın "Rossiya-24” və "Rossiya-1” televiziya kanallarında verilişlər yayımlanıb. Həmin verilişlərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan dövlət başçılarının, ictimai-siyasi xadimlərin, diplomatların nüfuzlu təhsil müəssisəsinin rektoru ilə bağlı müsahibələri göstərilib. Bu verilişlərdə Azərbaycan Respublikasının Prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu İlham Əliyevin də müsahibəsi yayımlanıb.
AZƏRTAC müsahibəni təqdim edir.
Prezident İlham Əliyev: O, MDBMİ-yə bizim ali məktəbin həyatının ən çətin dövrlərindən birində, qondarma yenidənqurmadan sonra başçılıq edib və onun rəhbərliyi ilə MDBMİ qısa müddətdə öz prestijini bərpa edib, dünyanın aparıcı ali məktəblərindən birinə çevrilib. Mən bilirəm ki, Anatoli Vasilyeviç bizim hamımızın MDBMİ məzunları olmağımıza görə fəxr edə bilməyimiz üçün çox qüvvə, sağlamlıq və diqqət sərf edib. Fikrimcə, MDBMİ-nin hər bir məzunu Anatoli Vasilyeviçin bizim ali məktəb üçün görmüş olduğu və bu gün də gördüyü işlərə görə ona minnətdar olmalıdır.
Məzunların Birinci Forumunu keçirdiyimiz vaxt mən
demişdim ki, bu forumun Azərbaycanda
keçirilməsi yəqin ki, təbiidir.
Həm ölkənin adının, həm də
soyadımın əlifba sırasına görə belə
olmalı idi. Lakin mən
onu da dedim
ki, yəqin bu, həm
də ona görədir ki,
hələlik mən MDBMİ-nin yeganə
prezident məzunuyam və arzu
etdim ki, belə məzunlar
çox olsun. Şadam ki, bu, belə də olur. Biz artıq iki nəfərik.
Əminəm ki, bu, hələ
başlanğıcdır. Biz çox olacağıq, ona görə ki, əminəm,
bizim almamaterin məzunları,
necə deyərlər, Anatoli Vasilyeviçin yetirmələri mənsub
olduqları ölkələrin həyatında layiqli
yer tutacaqlar, çünki MDBMİ praktiki
olaraq bütün
dünyanı birləşdirir. Əminəm ki,
gələcəkdə MDBMİ-nin məzunları
olan prezidentlərin sayı daha çox olacaq. Anatoli Vasilyeviçi bir daha ürəkdən təbrik edirəm, ona ən xoş
arzularımı bildirirəm. Sükanı belə saxlayın!
Azərbaycan.- 2020.- 28 avqust.- S.1.