Parlamentin görüş
və iclas salonlarına adlar verilib
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında
Sərəncam imzalayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
Sərəncama əsasən,
xalqımızın və
dövlətimizin tarixi-mədəni
irsinin yaşadılması,
nəsildən-nəslə ötürülməsi işinə
töhfə vermək
məqsədilə parlamentin
inzibati binasındakı
görüş otaqlarına
və iclas salonlarına aşağıdakı
adlar verilib. İclas
salonları müvafiq
olaraq "İstiqlal”,
"Respublika”, "Qarabağ”,
"Xəzər” və
"Xarı bülbül”
bağı, görüş
otaqları isə
"İpək yolu” və "Odlar yurdu” adlandırılıb.
Bununla yanaşı,
bildirmək istəyirik
ki, Milli Məclisin inzibati binasında deputatların fəaliyyəti üçün
müasir texnologiyaların
nailiyyətlərindən istifadə
etməyə imkan verən plenar iclas zalı və müstəqil Azərbaycanın memarı
olan ümummilli liderin adını daşıyan, müxtəlif
eksponatlara və nəşrlərə malik
Heydər Əliyev xatirə zalı fəaliyyət göstərir.
Azərbaycan.- 2020.- 28 avqust.- S.3.