Azərbaycan və Rusiya nəzarət-buraxılış
məntəqələrindən keçid
prosedurunun təkmilləşdirilməsi
üzrə əlavə tədbirlər üzərində işləyirlər
Hazırda Azərbaycan və Rusiya tərəfləri nəzarət-buraxılış məntəqələrindən keçid prosedurunun təkmilləşdirilməsi üzrə əlavə tədbirlər üzərində işləyirlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bu məlumatı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə danışıqların yekunlarına həsr edilmiş mətbuat konfransında “Şimal-Cənub” tranzit dəhlizinin inkişafı üzrə üçtərəfli qarşılıqlı fəaliyyət çərçivəsində Rusiya-Azərbaycan əməkdaşlığı barədə sualı cavablandırarkən açıqlayıb.
C.Bayramov deyib: “Rusiya, Azərbaycan və İran arasında ciddi əməkdaşlıqdan söhbət gedir. Son illərdə bu sahədə böyük iş aparılıb və bu işin nəticələri göz qabağındadır. Nəticə ondan ibarətdir ki, pandemiya ilə bağlı məhdudlaşdırma tədbirlərinə baxmayaraq Şimal-Cənub və Şərq-Qərb marşrutları üzrə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə daşımaların həcmi artıb.
Nazir daha sonra deyib:
“Azərbaycan və Rusiya tərəfləri
nəzarət-buraxılış məntəqələrindən
keçid prosedurunun təkmilləşdirilməsi
üzrə əlavə tədbirlər üzərində
işləyirlər. Azərbaycan yeni
Bakı-İran sərhədi magistralının tikintisini başa
çatdırıb. Bakı-Rusiya sərhədi
magistralının tikintisi də yaxın aylar ərzində başa
çatdırılacaq. Bu baxımdan vəziyyət
yetərincə yaxışdır”.
Azərbaycan.- 2020.- 28 avqust.- S.3.