Rusiya XİN rəhbəri: “Şimal-Cənub” layihəsinin reallaşdırılması Avrasiyanın bu hissəsində böyük bir regionun xeyrinə olacaq

 

Bizim müvafiq idarələr arasında reallaşdırılan bütün planları, o cümlədən bizimlə bərabər İranın da iştirak etdiyi "Şimal-Cənub” tranzit dəhlizini və üçtərəfli formatda tərəfdaşımız Türkiyə olan "Şərq-Qərb” layihəsini mən yalnız fəal dəstəkləyə bilərəm.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla danışıqlar başa çatandan sonra keçirilən mətbuat konfransında söyləyib.

S.Lavrov daha sonra deyib: "Yuxarıda adıçəkilən beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında irəliləməyimizə kömək edəcək konkret məsələlərdən Rəşt-Astara yolunun İran hissəsində tikintini başa çatdırmağın zəruri olduğunu qeyd etdim. Bu gün biz həm də Astara-Bakı-Həştərxan marşrutunun tamamlanmasında ölkələrimizin maraqlı olmasını vurğuladıq. Bu marşrut da "Şimal-Cənub” layihəsinə daxildir. Bundan əlavə Rusiya-Azərbaycan-İran enerji körpüsü olduqca aktual və zəruri layihədir. Əlbəttə, İran İslam Respublikasına qarşı qeyri-legitim birtərəfli sanksiyalar olmasaydı, bütün bu planların həyata keçirilməsi daha sadə, daha effektivdaha faydalı olardı, lakin mövcud vəziyyətdə də biz bütün planlarımızı reallaşdıracağıq və bu, Avrasiyanın bu hissəsində böyük bir regionun xeyrinə olacaq”.

 

Azərbaycan.- 2020.- 28 avqust.- S.3.