Sergey Lavrov: Biz prezidentlərimizin istiqamətləndirdiyi qarşılıqlı fəaliyyətimizin geniş əhatəli xarakterini vurğuladıq

 

"Biz prezidentlərimizin istiqamətləndirdiyi qarşılıqlı fəaliyyətimizin geniş əhatəli xarakterini vurğuladıq. Onların etimada əsaslanan müntəzəm dialoqunun əhəmiyyətini qiymətləndirmək çətindir. Bu il belə ünsiyyət müntəzəm davam edir. Ali səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin gedişi bizi qane edir. Bu sözlər iqtisadi humanitar sahələrə, təhlükəsizlik şuraları, digər idarə nazirliklər xətti ilə, iki ölkənin parlamentləri arasında əlaqələrə aiddir”.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu sözləri azərbaycanlı həmkarı ilə danışıqlar başa çatandan sonra keçirilən mətbuat konfransında söyləyib.

Rusiyalı nazir deyib: "Rusiya Azərbaycanın aparıcı xarici iqtisadi tərəfdaşlarından biridir. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 3 milyard dolları aşıb. Biz qeyd etdik ki, 2020-ci ilin ilk aylarında əmtəə dövriyyəsi nəinki azalmayıb, hətta bir qədər artıb”.

S.Lavrov qeyd edib ki, bu göstəricilərin əldə edilməsində sərhədyanı mübadilə sanballı rol oynayır. Rusiyanın onlarca regionu Azərbaycan ilə əməkdaşlıq edir. Regionlararası forumlar keçirilməsi yaxşı bir ənənəyə çevrilib. Növbəti belə forum bu ilin sonuna qədər Azərbaycanda keçiriləcək.

RF XİN rəhbəri vurğulayıb ki, mədəni-humanitar əlaqələr xalqlarımız arasında etimadı qarşılıqlı anlaşmanı möhkəmlədən ən mühüm amildir. Ötən il Azərbaycanda Rusiya Günləri uğurla keçib. Bu il Rusiyada Azərbaycan Mədəniyyəti Günlərinin keçiriləcəyi tarix dəqiqləşdirilir. RF XİN rəhbəri deyib: "Azərbaycan rəhbərliyinin rus dilinə qayğıkeş münasibətini çox yüksək qiymətləndiririk. Bizdə təhsil sahəsində çox yaxşı potensial var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıdakı filialı artıq 11 ildir fəaliyyət göstərir. 2015-ci ildən isə Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı açılıb”.

S.Lavrovun sözlərinə görə, tərəflər Xəzər trekində əməkdaşlığın inkişafını məmnunluqla qeyd ediblər. Gələn il Rusiyada keçirilməsi nəzərdə tutulan Xəzəryanı Dövlətlərin İkinci İqtisadi Forumuna hazırlıq məsələləri müzakirə edilib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna ətraflı toxunulub. S.Lavrov sonda deyib: "Biz ümumiyyətlə nizamlanmanın davam etdirilməsi əzmindəyik. Bu mənada sabit davamlı danışıqlar prosesini qaydaya salmaq üçün zəruri şərait təmin edilməlidir. Danışıqlar sadəcə danışıqlar xatirinə deyil, Qarabağ məsələsinin dinc yolla həllinə nail olmağa yönəldilməlidir. Biz bu cür şərait yaradılmasına hər vasitə ilə kömək edəcəyik.

Ümumiyyətlə, danışıqlarımızdan çox razı qaldım. Ümidvaram ki, biz bu cür ünsiyyəti davam etdirəcəyik”.

 

Azərbaycan.- 2020.- 28 avqust.- S.3.