Rusiya portalında Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban
Əliyevaya həsr edilmiş məqalə
dərc olunub
“Rossiya onlayn” portalında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr edilmiş məqalə dərc olunub.
Məqalədə Mehriban Əliyevanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi çoxşaxəli fəaliyyəti barədə məlumat verilir.
AZƏRTAC-ın “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanmış yazıda vurğulanır ki, Mehriban Əliyevanın fəaliyyətinin əsasını öz xalqına sevgi təşkil edir. Vətənə və xalqa hədsiz bağlılığı sayəsində hər kəsin sevgisini qazanmış Mehriban Əliyeva Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, xalqının xoşbəxt gələcəyi üçün çoxsaylı layihələrin müəllifidir.
Məqalədə
vurğulanır ki, Mehriban
Əliyeva birinci xanım adını
şərəflə daşıyır, beynəlxalq miqyasda həmişə Azərbaycanın mövqeyini qoruyur, uşaqdan böyüyə qədər hər
kəsin qayğısını çəkir, öz
möhkəm iradəsi və cəsarəti sayəsində cəmiyyətdə
mövcud problemlərin həllinə nail olur. Bir
sözlə, onun fəaliyyət sahəsi
son dərəcə məsuliyyətli və
gərgin sahədir. Bütün bunlar Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın həyatının
mənasını təşkil edir.
Azərbaycan.-
2020.- 29 avqust.- S.2.