İlham Əliyevin islahatlarına yüksək beynəlxalq qiymət

 

Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı - 2020” sənədində 166 ölkə arasında 54-cü pillədə qərarlaşaraq dünyanın hər 3 ölkəsindən ikisini qabaqlayıb

 

Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlara növbəti yüksək beynəlxalq qiymət BMT-dən gəldi. Ölkəmiz BMT-nin "Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında "Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşdı. "Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Ölkəmiz əldə etdiyi nəticəyə əsasən həm regiondakı, həm də bəzi böyük dövlətləri geridə qoymaqla dünyada hər üç ölkədən ikisini qabaqlaya bilib.

Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Yəni Azərbaycan regionun aparıcı ölkələri hesab edilən Rusiya və Türkiyədən də öndədir.

 

Dünya ölkələri arasında mühüm nəticə

 

Ümumiyyətlə, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın son 17 ildə yüksəliş strategiyasını uğurla reallaşdırması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur. BMT-nin yaydığı məlumatda da bildirilir ki, Azərbaycan "Davamlı inkişaf məqsədləri indeksi”nə görə dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir.

Həmçinin Azərbaycan səhiyyə, sosial rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. Ölkəmiz "Davamlı inkişaf məqsədləri indeksinin mümkün 100 balından 72,6 bal toplayıb. Qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda "Davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur.

Hesabata əsasən, Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb, Ölkədə hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub. Bərabərsizliyi ifadə edən "Cini” əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir.

Göründüyü kimi, bu hesabat hazırlanan zaman fərqli indeqatorlardan istifadə olunur. Həm iqtisadi, həm sosial, həm də bütövlükdə bu sahədə aparılan islahatların nəticəsi kimi makroiqtisadi və eləcə də sosial göstəricilərdə baş verən dəyişikliklər həmin hesabatda öz əksini tapır.

Əlbəttə ki, ölkəmizə və cənab İlham Əliyevin mütərəqqi islahatlarına nüfuzlu təşkilat tərəfindən verilən qiymət qürurvericidir. Bundan öncə də Azərbaycan hər ötən il müxtəlif beynəlxalq qurumların - Dünya Bankı, Dünya İqtisadi Forumureytinq təşkilatlarının hesabatlarında yüksəlişə doğru irəliləyib. Azərbaycan islahatçı dövlət, cənab İlham Əliyev isə ən islahatçı Prezident kimi qiymətləndirilib.

Hazırda qlobal pandemiya dövründə dünya iqtisadiyyatında baş verən tənəzzül təbii ki, Azərbaycandan da yan keçməyib. Ancaq ölkədə heç bir sosial layihə təxirə salınmayıb. Neftin qiymətinin aşağı düşməsi, eləcə də pandemiya ilə mübarizə tədbirləri dövlətin sosial layihələrinin icrasına təsir göstərə bilməyib. Bu günsosial proqramlar icra olunureyni zamanda bu istiqamətdə ayrılan vəsaitlərin həcmində artımlar var.

 

Dayanıqlı İnkişaf Məqsədləri - qarşıya qoyulmuş hədəflər

 

Bütün bunlarla yanaşı, Azərbaycanda BMT tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri üçün müəyyənləşdirilən vəzifələr uğurla icra olunur.

İyulun 8-də Prezident İlham Əliyevlə BMT Baş katibi Antonio Quterreş arasında keçirilən telefon danışığı zamanı Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində fəal surətdə çalışdığını bildirmişdi.

Xatırladaq ki, 2016-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf Məqsədləri BMT üzvü olan dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilən sammitində elan edilib. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosialekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. Elə həmin sammitdə Azərbaycan da Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Ölkədə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və dayanıqlı inkişafa dair I Bakı forumu keçirilib. Bu ilin oktyabr ayında isə II Bakı forumunun keçiriləcəyi gözlənilir.

Dayanıqlı İnkişaf Məqsədlərində qarşıya qoyulmuş hədəflər böyükdür. Burada 17 prioritet vəzifə qarşıya qoyulub. Yeni məqsədlərin özünəməxsusluğu isə onların bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsindədir. Azərbaycan dövləti bütün bu 17 məqsədi əhatə edən uğurlu dövlət siyasəti həyata keçirməkdədir.

Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticə etibarilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda daha sürətlə reallaşmasına yol açıb. Ölkədə yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlikəsizliyinin təmin olunması, mövcud təhlükəsizlik, milli həmrəylik mühitinin formalaşması uğurla reallaşdırılır. Qazanılan nailiyyətlər, əldə edilən uğurlu göstəricilər isə son deyil. Bu göstəricilər növbəti mərhələdə daha yaxşı nəticələr əldə etmək üçün əsaslı bazadır.

 

Beynəlxalq dəstək və artan nüfuz

 

Göründüyü kimi, Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi islahatlar nümunəvi xarakter daşıyır. Bu islahatlar, eləcə də müasir iqtisadisosial infrastrukturun formalaşdırılması, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəlməsini təmin edib. 2019-cu ildə reallaşdırılan böyük sosial paketlər və məhz pandemiya dövründə müstəqillik dönəminin ən böyük sosial-iqtisadi paketinin qəbul edilməsi ölkə əhalisinin rifahının yüksəlməsinə mühüm təsir göstərib.

Onu da xüsusi vurğulamalıyıq ki, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin təşkilatın xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşmüş oldu. Təşkilatın "Davamlı inkişaf məqsədləri indeksi”ndə yüksəliş isə bir daha təsdiq etdi ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir.

Beynəlxalq təşkilatların qəbul etdikləri bu cür hesabatlar, xüsusən də BMT-nin "Davamlı inkişaf hesabatı - 2020”nin göstəriciləri Azərbaycanı dünyada tam müstəqil, azad, inkişaf edən demokratik dövlət kimi tanıdacaq və bundan sonra dünya dövlətləri tərəfindən ölkəmizin mövqeyi daha yaxşı dəstəklənəcək.

Bütün bunlar Prezident İlham Əliyevin tam müstəqil siyasətinə verilən beynəlxalq dəstək olmaqla yanaşı, Azərbaycanın artan nüfuzunun əyani nümunəsidir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.- 30 avqust.- S.1; 3.