Can Allahın əmanətidir

 

Məhərrəmlikdə Aşura günündə karantin qaydalarına əməl edin ki, sağlamlığınız təhlükə ilə üzləşməsin

 

2020-ci il başlayandan pandemiyanın tələblərinə uyğun olaraq bütün sahələrdə olduğu kimi, dini inanclarımızla bağlı adət ənənələrimizin icrasında da müəyyən dəyişikliklər etməyə məcbur olduq. Nazirlər Kabineti yanında Operativ Qərargah məscid ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsini, ibadətlərin müvəqqəti dayandırılmasını qərara alıb. Bu məcburi addımın atılmasında isə əsas məqsəd vətəndaşlarımızın həyat sağlamlığının təhlükəsizliyidir.

Dinimiz islamın əsas şərtlərindən biri insan sağlamlığının qorunmasıdır. Məlum olduğu kimi, bu il Məhərrəm ayı Aşura da dünyanın ən təhlükəli riskli vaxtlarına, yəni koronavirus pandemiyası dövrünə təsadüf edib.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası səlahiyyətli nümayəndələri bəyan ediblər ki, Operativ Qərargahın qərarına əsasən, bu il Məhərrəmlik dönəmində məscid ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək. Eyni zamanda, Aşura günü ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilən uğurlara zərbə vurur, vəziyyətin yenidən pisləşməsinə, karantin rejiminin daha da uzanmasına ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər.

Pandemiya yayılmağa başladığı zamandan etibarən, Ümumdünya Səhiyyə Təşkilatı, mütəxəssislər izdiham, mitinq, ayrı-ayrı mərasimlərin insan həyatı üçün ölümcül təhlükə olduğuna dair ardıcıl açıqlamalar, bəyanatlar verirlər. Çünki qapalı açıq məkanlarda insanların sıx toplaşması şəraitində COVID-19 inanılmaz sürətlə yayılır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri çərçivəsində dünyanın bütün ölkələrində bu ya digər şəkildə təcridolunma həyata keçirilib, İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarəti, habelə digər dinlərin ayinləri müvəqqəti olaraq dayandırılıb. Ümumiyyətlə, dünyanın bütün ölkələri təkcə dini deyil, bütün sahələrdə insanları bir yerə toplayan tədbirləri təxirə salıblar.

 

Həcc ziyarəti təxirə salındı, Məşhəd zəvvarların üzünə bağlandı

 

Ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla Azərbaycanda da Ramazan Qurban bayramlarında məscidlərdə ənənəvi bayram namazları qılınmadı, Ramazan ayı boyunca ayinlər məscidlərdə icra olunmadı.

Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi Hacı Şahin Həsənli açıqlamasında bildirib ki, islam dini sağlamlığa ciddi önəm verir can Allahın əmanətidir: "Dinimizdə buyurulur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Bu gün dünyanı bürüyən virus olduqca qorxulu xəstəlikdir yayılması ciddi fəsadlara, itkilərə səbəb olur. Dinimiz isə bu vəziyyətə rasional yanaşır”.

Onun sözlərinə görə, inanclı insanlar məscidlərin açılmasını arzulayırlar: "Amma şəraitlə razılaşmağa məcburuq. Arzu dua edirik ki, tezliklə bu bəla sona çatsın həyat öz axarına qayıtsın”.

Hacı Şahin qeyd edib ki, son günlərdə yoluxmada artım müşahidə edilir bu şəraitdə məscidlərə toplaşmaq yolverilməzdir: "Qurban Ramazan bayramları da bu şəraitdə qeyd olundu, bayram namazları qılınmadı. Ancaq bu vəziyyət tək bizdə belə deyil, Həcc ziyarəti təxirə salındı, Məşhəd zəvvarların üzünə bağlandı. Bütün dünyada bu tendensiya gedir.

Ona görə Məhərrəmlikdə çalışmaq lazımdır ki, karantin qaydalarına riayət edilsin. Din xadimləri canlı yayımlara çıxa, xütbələr söyləyə, mənəvi ehtiyacları ödəyə bilərlər. Beləliklə, vətəndaşlarımız evlərində qalmaqla mərasimləri qeyd edə bilərlər”.

 

İranda da məhərrəmlik mərasimləri qadağan edilib

 

İnanclı insanların dini ayinləri məscidlərdə keçirməyi arzulamaları təbiidir. Lakin nəzərə almaq lazımdır ki, qapalı mühitdə insanların toplaşaraq qaydalara riayət etməsi Məhərrəm ayında xüsusilə çox çətindir. Dini mərasimlərdə yaşından, sosial mənsubiyyətindən asılı olmayaraq, müxtəlif insanlar iştirak edirlər bu zaman, demək olar, əksər məscidlərdə izdiham yaşanır. Heç bir icma izdihamda karantin qaydalarına riayət etmək məsuliyyətini üzərinə götürə bilmir. Hətta Kərbəlada da din xadimləri pandemiyaya görə Aşura digər mərasimlərin qeyd olunmaması ilə bağlı müraciət ediblər.

İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarına əsasən İranın Tehran vilayətinin məscidlərində matəm mərasimləri (məhərrəmlik mərasimləri) qadağan edilib. Məhərrəmlik ayının başlanması ilə əlaqədar bildirilir ki, Tehran vilayətində koronovirusun güclü şəkildə yayıldığına görə, rəsmilər yeni qərarın icra olunmasını vurğulayıblar. Yeni qərarın elan olunmasına tənqidlər olsa da, İranın dini liderinin İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarlarının yerinə yetirilməsi ilə əlaqədar göstərişini nəzərə alaraq məscidlərin imamları, təşkilatçılar məscidlərin nümayəndələri qapalı məkanda Məhərrəm ayında istənilən matəm mərasimləri, hətta qısa zamanda olsa belə, təşkil etməkdən çəkinməyi bəyan edib. Sadəcə, camaat namazını səhiyyə protokolları əsasında qılmaqla kifayətlənsinlər.

Həmçinin açıq məkanları (məscidlərin həyətləri sairə) olan məscidlərdə matəm mərasimlərinin keçirilməsi səhiyyə protokolları əsasında baş tuta bilər. Buna görə məscidlərin imamları insanları səhiyyə protokolları ilə əlaqədar məlumatlandırmalıdırlar.

Xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir.

Deməli, bu məsələdə xüsusi riskə getməmək əldə olunan uğurların davamını təmin etmək başlıca şərtdir.

 

Aşurada qan vermək istəyənlərin nəzərinə

 

Müqəddəs Quran daim birlik bərabərliyə, sosial məsuliyyətə xeyirxahlığa çağırır. İnsan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir onun yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür. Xatırlatmaq yerinə düşər ki, bir müddət öncə Bakıda keçirilmiş aksiyada minlərlə insanın iştirak etməsi sanitar-epidemioloji vəziyyətə mənfi təsir göstərdi. Buna görə kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız cəmiyyətimiz üçün böyük təhlükədir.

Ölkəmizdə hər il Aşura günü təşkil olunan ənənəvi qanvermə aksiyası da bu il məscidlərdə deyil, Mərkəzi Qan Bankının paytaxtda bölgələrdəki filiallarında həyata keçiriləcək bu addım koronavirusla əlaqədar ölkə ərazisindəki bütün məscid ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması səbəbindən atılıb. Milli Hematologiya Transfuziologiya mərkəzi qan vermək istəyən vətəndaşlara müraciət edib, qanvermə zamanı sosial məsafə saxlamağın maskadan istifadənin mütləq olduğunu bildirib. Qan vermək üçün Mərkəzi Qan Bankı bölmələrinə gələcək vətəndaşların fərdi sağlamlıqlarının qorunması məqsədilə sosial məsafə qaydalarına riayət qoruyucu tibbi maskalardan istifadə etmək kimi tənzimləmə məsələlərində Milli Hematologiya Transfuziologiya mərkəzinə Azərbaycan Könüllü Təşkilatları İttifaqı da yardımçı olacaq.

Müqəddəs Quran da daim birlik bərabərliyə, sosial məsuliyyətə xeyirxahlığa çağırır. Dindarlarımız da insanları hazırkı mürəkkəb vəziyyəti nəzərə almağa dəvət edir, çağırışlar səsləndirirlər. Hər bir vətəndaşımız operativ Qərargahın müəyyən etdiyi qaydalara, verdiyi tövsiyələrə əməl etməli bu işdə dövlətimizə dəstək olmalıdır.

Əminik ki, müqəddəs dəyərlərə hörmətlə yanaşan, nəcib keyfiyyətləri ilə seçilən milli-mənəvi dəyərləri hər zaman yüksək tutan xalqımız öz mütəşəkkilliyi, həmrəyliyi sayəsində hazırkı çətinliyi geridə qoyacaq, dini ayinlərini yaxın gələcəkdə davam etdirəcək.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.- 30 avqust.- S. 1; 4.