Kursk şəhərində “Azərbaycan Böyük
Vətən müharibəsi illərində” kitabının təqdimat
mərasimi keçirilib
Kursk şəhərində "Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Kursk vilayətində Azərbaycanlılar Liqasının rəhbəri Qasım Kərimovun təşəbbüsü ilə nəşr edilmiş bu kitab Nikolay Aseyev adına elmi kitabxanada təqdim olunub.
Tədbirdə çıxış edən Q.Kərimov bildirib ki, bu kitabın nəşri ideyası onun saytların birində Sovet İttifaqı Qəhrəmanı Cahangir Bağırov haqqında material aşkar etməsindən sonra yaranıb. Hava hücumunu həyata keçirmiş ilk azərbaycanlı olan Cahangir Bağırov Oboyan yaxınlığında həlak olub. Ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Q.Kərimov deyib: "Mən İkinci Dünya müharibəsi illərində fərqlənən bütün azərbaycanlılar barədə imkan daxilində məlumat toplamaq qərarına gəldim. Lakin görüləcək işin həcminin çox böyük olduğunu nəzərə alaraq, mən bu istiqamətdə çalışan Azərbaycan tarixçilərinə müraciət etdim. Bizim müəllif kollektivimizə tarix elmləri doktoru Vəfa Quliyeva rəhbərlik etdi”.
Kitabda Sovet İttifaqı qəhrəmanları, "Şöhrət” ordeni kavalerləri, arxa cəbhə zəhmətkeşləri, partizanlar, Bakı neftçiləri, Fransa və Yuqoslaviyada müqavimət hərəkatının iştirakçıları olan azərbaycanlılar haqqında material yer alıb. Xüsusən Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, Ziya Bünyadov haqqında yazılar olduqca maraqlıdır.
Nəşrin əsas
ideyası ondan ibarətdir ki,
faşizm üzərində qələbə
Sovet İttifaqının bütün
xalqlarını birləşdirir. Ona
görə də bu gün
keçmiş ittifaq
respublikalarının ərazisində tarixin
yenidən yazılması, nasizm və kollaborasionizmin reabilitasiyası xüsusilə
yolverilməzdir.
Azərbaycan.- 2020.- 30 avqust.- S. 6.