Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan
ilə Ermənistan arasındakı müharibənin
dayandırılması ilə bağlı atəşkəs
razılaşmasının imzalanması Pakistan İslam
Respublikasının xalqı tərəfindən də
böyük məmnunluqla qarşılandı. Bu, Azərbaycanda
sülh və tərəqqi üçün yeni imkanlar
yaradacaq.
Həmçinin
Şuşa şəhərinin və işğal altında
olan digər dörd rayonun Azərbaycan Silahlı Qüvvələri
tərəfindən azad edilməsi, Ermənistanın
işğal etdiyi digər rayonları qaytarmağa
razılıq verməsi də böyük məmnunluq
doğurur. Bütün bunlara görə şəxsən
öz adımdan, "Camaat-e-İslami Pakistan”ın üzvləri
və Pakistan xalqı adından Sizi, hökumətinizi və
Azərbaycan xalqını təbrik edirəm.
Azərbaycan
xalqına davamlı sülh, tərəqqi və firavanlıq
arzulayıram.
Dərin hörmətlə,
Sirac ul Haq,
"Camaat-e-İslami Pakistan” Partiyasının
sədri,
Pakistan Senatının üzvü
Azərbaycan.- 2020.- 1 dekabr.- S. 1.