Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm Prezident, Müzəffər Ali Baş
Komandan.
Mən Hələb şəhərindən olan
azərbaycanlı, türkəm. İmadəddin Nəsiminin övladları
olaraq, müzəffər
sərkərdəlik məharətinizlə
şanlı Ordumuzun Qarabağ cəbhəsində
qazandığı möhtəşəm
hərbi zəfər münasibətilə Sizi və Sizin
komandanlıq etdiyiniz Silahlı Qüvvələrimizi
ürəkdən təbrik
edirik. Siz Azərbaycan dövlətinin
və xalqının,
bütün türk dünyasının qürurusunuz.
Biz - ölkə hüdudlarından kənarda
yaşayan hələbli
türklər sevinirik
ki, Sizin kimi qətiyyətli, müdrik və uzaqgörən Ali Baş Komandanımız var. Sizin
rəhbərliyinizlə Silahlı
Qüvvələrimizin işğal
altında olan Qarabağ torpaqlarını
qanı və canı bahasına necə işğaldan azad etdiyini qürur
hissi ilə yaxından izlədik. Bu haqq işində
bütün qəlbimizlə
Sizin, xalqımızın
və Ordumuzun yanındayıq. 27 ildən artıq sürən amansız ayrılığa Vətən
müharibəsi ilə
ədalətli şəkildə
birdəfəlik son qoydunuz.
Qarabağı, eləcə də
ətraf rayon və şəhərlərimizi işğaldan
azad edərək tariximizin ən müqəddəs səhifəsini
qızıl hərflərlə
yazdınız və bu şərəfli salnamənin müəllifinə
çevrildiniz. Hər
dəfə Allaha dua edirdik və
bundan sonra da edəcəyik ki, Tanrı Sizi və millətimizi, Vətənimizin keşiyində
duran hərbçilərimizi
pənahında saxlasın,
qorusun! Allah ərazi bütövlüyümüz uğrunda
canlarından keçən
şəhidlərimizə rəhmət
eləsin!
Qarabağ Azərbaycandır!
Dərin hörmətlə,
Muxtar Fatih Beydili,
Türkmən Həkimləri Dərnəyinin
sədri
Türkiyə Respublikası, İzmir şəhəri
Azərbaycan.- 2020.- 1 dekabr.- S. 1.