Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Döyüş
meydanında qazandığınız
və 2020-ci il 10 noyabr tarixli bəyanatla təsdiqlənən
Qələbə münasibətilə
Ali Baş Komandan olaraq Zati-alinizi, qəhrəman Azərbaycan Ordusunu, bu uğurlu mübarizənin arxasında
qətiyyətlə dayanan
Azərbaycan xalqını
səmimi-qəlbdən təbrik
edirəm.
Əziz Vətən
torpaqlarının azad edilməsi uğrunda aparılan bu
müharibədə şəhid olan Azərbaycan əsgərlərinə,
Ermənistanın xain hücumları nəticəsində həyatlarını
itirən azərbaycanlı bacı və
qardaşlarımıza rəhmət diləyir,
yararlıların tezliklə sağalmasını arzu edirəm.
Siz
"Dağlıq Qarabağ
Azərbaycandır!” dediniz
və sözünüzü
yerinə yetirdiniz. 28 illik işğal müddətində haqqı
tapdalanan və əziyyət çəkən
Azərbaycan ədaləti
öz imkanları hesabına təmin etdi, öz torpaqlarını
özü geri aldı. Nümayiş etdirdiyiniz güclü liderlik bacarığınız
və Azərbaycan Ordusunun apardığı
mübarizə tarixə
qızıl hərflərlə
yazılacaq.
Necə ki, 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə
Bakıda bir olduq, necə ki, Azərbaycanın torpaqları işğal altında olarkən dərdiniz dərdimiz oldu, bu gün
də Azərbaycanın
şanlı Qələbəsinə
sevindik, bundan qürur hissi keçirdik.
Azərbaycanın
qətiyyətli mübarizəsi
nəticəsində imzalanan
razılaşmaların regionda
davamlı sülh və sabitliyin bərqərar olmasına imkan yaradacağına inanırıq. Ümid edirik ki, Ermənistan
artıq işğal və təcavüz siyasətinin nəticə
verməyəcəyini anladı.
Əvvəlcədən dediyimiz kimi, bundan sonrakı prosesdə atılacaq addımlarda da Azərbaycanın yanında
olacağıq. Digər
ölkələrin parlamentlərində
Azərbaycanın haqlı
mübarizəsi barədə
danışmaq və onu müdafiə etmək üçün əlimizdən gələni
əsirgəməyəcəyik.
Həmişəkindən daha güclü və yüksək səslə deyirik: Eşq olsun Azərbaycan xalqına! Eşq olsun qəhrəman Azərbaycan
Ordusuna!
Dərin ehtiramla,
Şamil Ayrım
Türkiyə Böyük Millət Məclisinin deputatı,
Azərbaycan-Türkiyə Parlamentlərarası
dostluq qrupunun rəhbəri
Azərbaycan.- 2020.- 1 dekabr.- S. 2.