Bərpa edilən enerji mənbələrindən istifadə prioritet istiqamət olaraq qalır

 

 

Prezident İlham Əliyevin "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqındaSərəncamının imzalanmasından bir il keçir. Bu dövr Azərbaycanın həyatında gərgin hadisələrlə müşayiət olunub. Lakin layihələr nəzərdə tutulduğu qaydada irəliləyir.

Dünyanı sınağa çəkən koronavirus pandemiyası Azərbaycanda da öz sərt üzünü göstərərək neçə-neçə insanın xəstələnməsi ölümü ilə nəticələndi. Odur ki, iki mənfur düşmənlə mübarizə aparmalı olduq. Bu il erməni işğalçıları dəfələrlə müxtəlif istiqamətlərdən ölkəmizə hücuma keçdilər. Hər dəfə aldıqları zərbədən nəticə çıxarmadılar. Nəhayət, Vətən müharibəsinə qalxan Azərbaycan onlara kim olduqlarını sübut etdi, düşmən torpaqlarımızdan birdəfəlik qovuldu.

Ölkədə yaranmış bu çətinliklərə rəğmən, heç bir sosial infrastruktur layihəsi ixtisar edilmədi. Əksinə, yeni xəstəxanalar tikildi, yollar, qaz xətləri çəkildi, elektrik stansiya yarımstansiyaları, digər obyektlər istifadəyə verildi.

Bütün bunlara Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə nail olundu. Eləcə sözügedən sərəncamın yerinə yetirilməsi istiqamətində inamlı addımlar atıldı.

Xatırladaq ki, bu il yanvarın 9-da Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power Birləşmiş Ərəb Əmirliklərinin "Masdarşirkətləri ilə bir külək bir günəş stansiyasının tikintisi üçün müqavilələr imzalanıb. Buna əsasən, yaxın gələcəkdə ölkəmizdə yeni günəş külək enerjisi stansiyaları fəaliyyət göstərəcək. Külək stansiyasının gücü 240, günəş stansiyasınınkı isə 200 meqavat təşkil edəcək. Onlar regionda ən böyük günəş külək elektrik stansiyaları olacaq. Azərbaycanın bu sahədəki tərəfdaşlarının da indiki çətin həssas dövrdə öhdəliklərinə sadiqliyi təqdirəlayiq haldır. Təbii ki, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması işə müsbət təsirini göstərir. Tərəfdaşlar layihələr üzrə danışıqları işləri əvvəlcədən nəzərdə tutulmuş qaydada davam etdirirlər.

Azərbaycanda bərpaolunan enerji sahəsinə diqqətin getdikcə artması təsadüfi deyil. Çünki bərpa olunan enerji növlərindən geniş istifadə ənənəvi enerji növlərinin inkişafı ilə bilavasitə bağlıdır. Həm bərpa olunan enerji sahəsinin inkişafı üçün əlverişli şərait mövcuddur. Məlumdur ki, bu növ enerjinin yaradılmasının əsas mənbəyi günəş küləkdir. Azərbaycan da məhz günəşli ölkədir. Coşqun Xəzərin sahilində dağlar qoynunda yerləşən bir çox ərazilərimizdə isə külək enerjisindən istifadə üçün imkan var. Məhz bu səbəbdən bir sıra yerlərdə bərpa olunan enerji stansiyalarının tikilməsi gündəmə gəlir.

Qeyd edək ki, hazırda Azərbaycanın enerji balansında bərpa olunan enerjinin payı təqribən 17-18 faizdir. Uzunmüddətli strategiyaya görə, bu, ən azı 30 faizə çatdırılmalıdır. Bütün bunlar Azərbaycanda enerji sahəsinin hərtərəfli inkişafının təkcə bugünün deyil, həm sabahın tələblərinə hesablandığını göstərir.

Mövcud imkanları nəzərə alaraq Prezident İlham Əliyev bərpa olunan enerji mənbələrindən istifadəni energetika sahəsinin inkişafının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlət başçısı bu barədə demişdir: "Sevindirici hal ondan ibarətdir ki, bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpa olunan enerji növlərinin istehsalına maraq göstərir artıq bu maraq reallaşır. İlin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan günəş külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. Ümid edirəm ki, ilin sonuna qədər bütün sənədlərin imzalanması başa çatacaq stansiyaların tikintisinə start veriləcək. Azərbaycanda 440 meqavat gücündə bərpa olunan enerji növlərinin yaradılması, özü Azərbaycan dövləti tərəfindən bir manat vəsait qoyulmadan reallaşdırılması bizə olan inamın təzahürüdür, həmçinin Azərbaycanın sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür”.

Prezidentin sərəncamı ilə yaradılmış komissiya öz iclaslarında pilot layihələrin icrası istiqamətində görülən işləri mütəmadi müzakirə edir. Komissiyanın artıq dörd iclası keçirilib. Bu günlərdə videokonfrans şəklində keçirilən iclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Şəhərsalma Arxitektura Komitəsinin, Mərkəzi Bankın, "Azərenerji "Azərişıq” ASC-lərin nümayəndələri iştirak ediblər. Tədbirdə Energetika Nazirliyinin layihələrlə bağlı hazırladığı təqdimat dinlənilib. Belə ki, "ACWA Powerşirkəti ilə imzalanması nəzərdə tutulan 6 müqavilənin - investisiya, enerji alqı-satqısı, ötürücü şəbəkəyə qoşulma, torpaq icarəsi, müstəqil mühəndis birbaşa razılaşma müqavilələrinin layihələri artıq hazırdır. Layihələr iki mərhələdə aidiyyəti qurumlardan rəy təkliflər toplanaraq təkmilləşdirilib, həmçinin investorla razılaşdırılıb.

"Masdar” şirkəti ilə isə müvafiq layihə sənədləri üzrə danışıqlar son mərhələdədir və yaxın gələcəkdə yekunlaşdırılacaq.

Sözügedən komissiya hazırlanmış sənədləri dəstəkləyib müqavilə layihələri təsdiq olunub. Bu da göstərir ki, yeni günəş külək enerjisi layihələri uğurlu start götürüb.

 

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2020.- 1 dekabr.- S. 1; 8.