Keçmiş hərbi xuntanın revanş cəhdi Paşinyanı qorxuya salıb

 

 

Ermənistanda ictimai-siyasi müstəvidə son vəziyyətin təhlili Sarkisyan-Koçaryan koalisiyası ilə Nikol Paşinyan iqtidarı arasında daha böyük qarşıdurmanın olacağını göstərir.

Müharibədki məğlubiyyətdən sonra Ermənistanda keçmiş hakimiyyətin nümayəndələri indiki baş nazirə qarşı şiddətli hücuma başlayıblar. Onlar Paşinyanı hakimiyyətdə olduğu son iki il yarım müddət ərzində Qarabağa dair "nəsə gizli plan qurmaqdagünahlandırır yekunda təslimolma aktını imzaladığına görə ona satqın, xain damğası vururlar. Bununla da sabiqlər, əslində, uzaqgedən məqsədlər güdərək yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünürlər.

 

 

Yerevana qarşı müqavimət itaətsizlik planı

 

 

Əvvəlki illərin təcrübəsini nəzərə alaraq keçmiş hərbi xunta Qarabağ ermənilərinin dəstəyinin onlar üçün həyati əhəmiyyət kəsb etdiyini yaxşı başa düşür. Bu mənada onların hərbi cinayətkarlar olan keçmiş hərbçilərlə əlaqələri genişləndirməsi, intensivləşdirməsi heç təsadüfi xarakter daşımır.

Əsas niyyət Yerevanda iqtidara qarşı müqavimət itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olub, güc yolu ilə hakimiyyəti qəsb etməkdir. Paşinyanın isə bunlara sərt formada müqavimət göstərməsi reallıqdır bu da Ermənistanda qarşıdurmanın dərinləşməsi deməkdir.

Ermənistanın baş naziri sosial şəbəkə hesabında yazıb ki, hələ 2011-ci ildə Kazanda hazırlanan razılaşmaya görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu keçid (son olmayan) status gələcəkdə referendum qarşılığında verməyə hazır idi. Şuşa məsələsi isə 2007-ci ildə razılaşdırılan Madrid prinsiplərində müəyyənləşdirilmişdi. Bu sənədə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi 1988-ci ildəki nisbətdə olmalı idi: "Bütün bunlarla 2018-ci ildə baş nazir vəzifəsinə gəldikdən sonra tanış oldum. edə bilərdim? Xalqa müraciət edib, "Dostlar, vəziyyət belədir, ya Qarabağın statusu olmadan yeddi rayondan imtina edirik, ya da müharibə olacaqdeyə bilərdim. Onda insanlar deyəcəkdilər? Onlar vətənlərini müdafiə edəcəkdilər. Müharibə başlayacaqdı elə alınacaqdı ki, müharibəni Ermənistan başladıb. "Əraziləri qaytarırıqdesəydim, bu dəfə insanlar "Nikol xaindirdeyəcəkdi yenə müharibə başlayacaqdı”.

Baş nazirin sözlərinə görə, məsələni danışıqlar yolu ilə iyuldakı gərginlik sentyabrdakı müharibə aralığında həll etməyə çalışsaydı ondan qoşunların geri çəkilməsi üçün xüsusi qrafik tələb olunacaqdı. Buna razı olduğu təqdirdə isə yenə xain adlandırılacaq yenə müharibə başlayacaqdı.

Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov baş nazir Nikol Paşinyanın 19 oktyabrda müharibənin dayandırılması üçün aparılan danışıqlarla bağlı açıqlamasına reaksiya verib. O, N.Paşinyanı "həyasızcasına yalan danışmaqdaittiham edib. Bildirib ki, hələ 12 oktyabrda Paşinyana təklif edib ki, Rusiya prezidenti Putinə müharibəni dayandırmaq xahişi ilə müraciət etsin: "Dedim ki, bu gün atəşkəs üçün təklif edilən şərtlər sabah olmaya bilər, müharibə davam etsə, əlavə ərazilər insan itkisi olacaq. Ancaq o bunu etmədi xalqa yalan danışmağa başladı ki, guya biz qələbə qazanacağıq”.

Onun sözlərinə görə, 19-20 oktyabr danışıqlarında da Paşinyan Rusiya liderinin təklifindən imtina etdi bu, Putin üçün anlaşılmaz idi: "Amma bu gün o, həyasızcasına yalandan deyir ki, Putin onun cavabını "məntiqliadlandırıb”. E.Şarmazanov 19 oktyabr görüşündə Hadrut Şuşa haqda heç bir müzakirə getmədiyini xatırladıb.

 

Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı

 

 

N.Paşinyanın anti-Rusiya mövqeli olması məlumdur. Məsələ ondadır ki, bu şəxsin bütün fəaliyyəti müddətində antirus mövqeyi əsas xətt olub. Dəfələrlə ölkənin Rusiyadan həddən ziyadə asılılığını qabardıb. Pik nöqtə isə onun rəhbərlik etdiyi blokun Ermənistanın Avrasiya İqtisadi İttifaqından Gömrük İttifaqından çıxması barədə hazırladığı qanun layihəsi olmuşdu. Elə bunu nəzərə alan qüvvələr onu hakimiyyətə gətirmişdilər. İndi isə müharibədəki məğlubiyyəti fonunda rusiyameyilli qüvvələr onu hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün vasitələrə əl atırlar.

Ermənistan prezidenti Armen Sarkisyan Moskvadakı erməni icması ilə görüşdə bildirib ki,belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb olan hökumət getməlidir. O, bu dövrdə konstitusiyanı dəyişdirərək referendum keçirmək lazım olduğunu da əlavə edib. Sarkisyan hesab edir ki, parlament, hökumət prezident institutu arasında tarazlıq olmalıdır: "İnanıram ki, parlament ölkəsi olaraq qalsaq da, prezident xalq tərəfindən seçilməlidir. Ölkəmizdə bütün postlar parlament tərəfindən təyin olunur, amma tarazlıq haradadır?”

Ermənistan prezidenti hesab edir ki, ölkədə böhranın olub-olmadığı meydandakı etirazçıların sayı ilə qiymətləndirilə bilməz: "Meydanda, ümumiyyətlə, kimsə olmasaydı, bu, heç bir böhranın olmadığı demək olardı? Ətrafa baxın, hamımız böhran vəziyyətindəyik. Bu, bir ölkənin ya bir dövlətin deyil, bir millətin - insan hüquqları, psixoloji, maliyyə, iqtisadi, humanitar böhranıdır. Bütün ermənilər Qarabağa qayıdacaq? Bəziləri Ermənistanda qalacaq, kim onların qayğısına qalacaq?”

Göründüyü kimi, mövcud durumdan istifadə edən Sarkisyan-Koçaryan tərəfdarlarının revanş istəyi vəziyyəti daha da gərginləşdirməkdədir. Ermənistanın daxili siyasi həyatında heç bir ciddi irəliləyiş yoxdur, məyus olan insanların sayı getdikcə artır, bundan istifadə edən müxalifət isə öz proqramını səssizcə planlı şəkildə təkmilləşdirir.

 

 

Baş nazirə "sürprizlərhazırlanır

 

 

"4rd.am” saytı yazır ki, N.Paşinyan hakimiyyəti günbəgün öz mövqelərini və sosial dayaqlarını itirir. Bildirilir ki, müxalifət hakimiyyətin mövqelərini düşünüldüyündən daha sürətlə sıradan çıxaracaq. Məlumata görə, əvvəlki rəhbərliyin nümayəndələri - söhbət təkcə Respublikaçılardan deyil, həm Koçaryan qanadından gedir - Paşinyana ciddi "sürprizləretməyi planlaşdırırlar. Nəşr yazır ki, bu sürprizin hansı format növdə olacağını öyrənə bilməyiblər, çünki proses hələ müzakirə mərhələsindədir ciddi hazırlıq davam edir. Belə vəziyyətdə hər şey Paşinyandan asılıdır: əgər o, ciddi islahatlar apara məyusluq çarxını dayandıra bilsə, müxalifət istəyinə çatmayacaq. Əks təqdirdə, biz Ermənistanda növbəti sarsıntılar siyasi özbaşınalığın şahidi olacağıq.

 

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət daha da mürəkkəbləşməyə doğru gedir. Hələ ki, bu ölkə sonu görünməyən siyasi böhrana qədəm qoyur.

 

 

Elçin CƏFƏROV,

 

Azərbaycan. - 2020.- 1 dekabr.- S.1; 7.