Milli Məclisin Elm və təhsil
komitəsinin onlayn iclası keçirilib
Noyabrın 30-da Milli Məclisin Elm və təhsil
komitəsinin onlayn formatda iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
komitə sədri Bəxtiyar Əliyev əvvəlcə iclas iştirakçılarını torpaqlarımızın işğaldan
azad olunması münasibətilə təbrik
edib. O, sentyabrın
27-də Ermənistanın Azərbaycana
hücumlarına qarşı
əks-hücuma başlayan
şanlı Ordumuzun tarixi Qələbəsindən
söhbət açıb.
Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin dövlətçilik
siyasəti, güclü
iradəsi və əzmi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın
sonda kapitulyasiyaya məcbur edilməsinin xalqımıza xüsusi qürur hissi yaşatdığını deyib.
Onlayn
iclasda Fransa Senatının qondarma "Dağlıq Qarabağ
respublikası”nın tanınması barədə qəbul
etdiyi qərəzli qətnamədən, bunun Azərbaycanın
tarixi-mədəni irsinin, təbii resurslarının məhv
edilməsinə görə Ermənistanı gözləyən
ağır sanksiyalardan işğalçı dövləti
qorumaq cəhdi olduğundan danışılıb.
Sonra komitədə "Təhsil
haqqında” qanun layihəsinə dəyişiklik
edilməsi barədə
məsələ müzakirəyə
çıxarılıb. Bəxtiyar
Əliyev qanuna təklif olunan dəyişikliklər haqqında
geniş məlumat verib. Komitə sədri bildirib
ki, sənədə edilən dəyişikliklər
texniki xarakter daşıyır, qanundakı
terminlərin dəqiqləşdirilməsi,
təhsil haqqında dövlət sənədlərinin
verilməsi sahəsində
elektron informasiya sistemlərinin tətbiqini
nəzərdə tutur.
Layihədə təhsil
haqqında dövlət
sənədlərinin "Təhsil
Mərkəzləşdirilmiş İnformasiya Sistemi” üzərindən formalaşdırılmasının
təklif edildiyi qeyd olunub.
Komitə
üzvləri Musa Qasımlı, Müşfiq Məmmədli,
Aqiyə Naxçıvanlı, Anar İsgəndərov, Pərvin
Kərimzadə, Eldar Quliyev, Ceyhun Məmmədov, Şahin
Seyidzadə, Etibar Əliyev sənədlə bağlı
fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
İclasda "Bədən tərbiyəsi
və idman haqqında”, "Peşə
təhsili haqqında”,
"Ümumi təhsil
haqqında” qanunlarda dəyişiklik edilməsi
barədə sənəd
də müzakirə edilib. Bəxtiyar Əliyev qanun
layihələrinin qanunvericiliyin
təkmilləşdirilməsi, peşə təhsili və ümumi təhsil haqqında dövlət sənədlərinin
müvafiq qayda ilə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi” üzərindən formalaşdırılması
məqsədilə hazırlandığını
diqqətə çatdırıb.
İclasın sonunda qanun layihələrinin
Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.
Azərbaycan. - 2020.- 1 dekabr.- S.5.